Google-da axtardığını tapa bilməyənlərin mütləq baxması lazım olan 5 axtarış motoru

Google-da axtardığını tapa bilməyənlərin mütləq baxması lazım olan 5 axtarış motoru

Google-un onlarla ildir işini ən yaxşı edən axtarış mühərriki olduğu və rəqiblərini yanına yanaşdırmadığı hamımız tərəfindən bilinən bir gerçəkdir.

Teach.az hər yeni gündə Google-un üzünü görməkdən bezənlər üçün 5 fərqli alternativ axtarış mühərrikini təqdim edir:

Gibiru



Həm senzura həm də gizlilik problemləriylə boğuşmaq istəmirsinizsə Gibiru-ya göz ata bilərsiniz. AnonymouX əlavəsinin də prodüserlərindən gələn Gibiru, 2009-cu ildən bəri xidmət verir.

SearX



SearX, internet aləmində heç bir şəkildə məlumatlarınızı və istifadə vərdişlərinizi gizləməməsiylə bilinir. Özünə aid bir axtarış alqoritmi olmayan SearX, Google və Wikipedia kimi xarici mənbələrdən nəticə çəkir.

StartPage



Yenə 2009-ci ildə qurulan startpage, bənzərlərinin əksinə tamamilə öz axtarış algoristmasına sahibdir. Axtarışın xidmətinin yanında StartPage-in bir də pulsuz proxy xidməti mövcuddur.

Search Encrypt



Bəlkə də adını daha əvvəl heç eşitmədiyiniz bu axtarış mühərrikinin günlük tək ziyarətçi sayı 23 milyondan çoxdur! Search Encrypt, 15 dəqiqədə bir topladığı məlumatları silir. Bu sayədə hər hansı bir təhlükəsizlik narahatlığı duymanız lazım deyil.

Qwant



Qwant, Fransız mənşəli bir axtarış mühərrikidir. Asanlıqla həm mətn, həm vizual və ictimai media axtarışı edə biləcəyiniz Qwant da hər hansı bir məlumatınızı yığmır.

Fira