Yeni il rekordu: “WhatsApp” da 75 milyard mesaj göndərildi

Yeni il rekordu: “WhatsApp” da 75 milyard mesaj göndərildi

“WhatsApp” messenceri Yeni ildə göndərilən və alınan ismarışların sayına görə rekord vurub.

Teach.az-ın Life.ru saytına istinadən məlumatına görə, dekabrın 31-də saat 12:00-dan 23:59-a qədər messencer vasitəsilə 75 milyard məlumat göndərilib. Bu, “WhatsApp” üçün rekord rəqəmdir. Məlumatlarda 13 milyard şəkil və 5 milyard ədəd video çarx əks olunub.

Bununla bərabər, Yeni il gecəsi “Facebook”a məxsus messencerin işindən bir neçə şikayət də olub. Avropa və Amerikadan olan bəzi istifadəçilər işmarıc göndərə bilməyiblər.