Digərlərinə nəzərən öyrənməsi ən asan 6 musiqi aləti!

Digərlərinə nəzərən öyrənməsi ən asan 6 musiqi aləti!

Bəli, alət çalmağa hələ uşaq yaşlarda başlamamısınızsa əgər, bir 'virtuoz' olmağınız elə də asan görünmür. Amma Berlin Filarmonik orkestrinə qoşulmaq ya da albom çıxarmaq kimi bir məqsədiniz yoxdursa, lakin yenə də ən azından hobbi kimi bir və ya birdən çox alət istifadə etmək istəyirsinizsə, öyrənməsi bir xeyli sadə olan bəzi çalğı alətləri də mövcuddur.
Musiqiyə yeni başlayanlar, əksəriyyətlə gitara yaxud pianonu seçər.


Armonika
Blues musiqisinin harpı olaraq da bilinən armonika, başlanğıc mərhələsindəki yetkinlər üçün ən uyğun çalğı alətlərindəndir. Sadəcə üfləyin, bəsdir! Həm akkord dərdi də yoxdur. Armonikadan qulaq cırmaqlayıcı bir səs çıxması da çox çətindir, yəni qorxmayın. Üstəlik daşıması asandır və az yer tutur; getdiyiniz hər yerə aparın, canınız nə zaman istəsə praktik edin.



Ukulele-Havai Gitarası
Kiçik bir gitara bənzəsə də, əslində gitara deyildir. Hawaii çalğısıdır. Həm də ucuzdur və öyrənməsi də olduqca asandır. Yalnız 4 teli mövcuddur və telləri naylondan olduğu üçün barmaqları da incitmir. Çox şirin bir səsi vardır. Həm bu aləti öyrəndikdən sonra, gitara da daha asan gəlir.



Qaval
Yalnız əllə vurulub ritm tutularaq çalınan bir alətdir. Qaval xüsusilə musiqi qulağı təcrübəsində yaxşı bir variantdır.


Bongo
Bir-birinə bitişik 2 barabandan meydana gələn bongo, 2 diz arasında tutularaq çalınır. Ovuc içi və barmaqların ucları barabanların üstünə vurularaq səs çıxarılır.



Org
Əlbəttə ki, fortepianoda ifa etmək çətin deyil, amma ilk növbədə bir neçə dərs almalı və bir akkordunu düzəltdiyinizə əmin olmalısınız. Siz yaxşısı, onun yerinə orgu yoxlayın. Org elektronikdir, daşıması asandır və çox daha ucuzdur. Orta aralıqlı modellər mikrofonu ilə birlikdə satılır.



Kazoo
Uşaqlıq zamanlarınızda, darağı kağıza büküb üfləyərək ses çıxarmısınızsa, kazoonu da mütləq çalarsınız çünki 100% eyni məntiqlə işləyir. Üfləyib, vızıldadın bəsdir!




sh