Elmi araşdırmalar insanların ən çox neçə il yaşaya biləcəyini cavablandırdı

Elmi araşdırmalar insanların ən çox neçə il yaşaya biləcəyini cavablandırdı

Ölümsüz olma və ya yüzlərlə il yaşamaq məsələsi hamımızın fikirləşdiyi bir mövzudur. İnsan ömrünün maksimum müddətini hesablamaq asan deyil. Necə ki, həyat müddəti, ölkədən ölkəyə belə dəyişir; yəni ekoloji və texnoloji şərtlərdən çox təsirlənir. Məsələn orta həyat müddətinin alt sıralarında haradasa tamamilə Afrika ölkələri var.

Teach.az xəbər verir ki, Angola-da ortalama 52 il ikən, Somalidə 55, Əfqanıstanda isə 60-dır. Siyahının təpəsində isə 84 il ilə Yaponiya var. Onu təqib edən ölkələr 83.4 ilə İsveçrə, 83.1 ilə Sinqapur, 82.8 ilə Avstraliya və İspaniyadır.



Bu statistikaya görə 2018 etibarilə dünya daxilində ortalama həyat müddəti 70-71 ətraflarındadır. Əslinə baxılsa, həyat müddətimiz hər keçən il daha da artır. Minlərlə il əvvəl ortalama, 30-40-larda idi. Lakin yaxşıca sürətlənən tibb sahəsindəki inkişaflar sayəsində, qısa bir müddətdə ortalama həyat ömrümüzü iki qatına çıxarmağı bacardıq.

İlk iş olaraq, canlılarda həyat müddətini təyin edən mexanizmlərin işləyiş formasını başa düşmək var. Bəzi heyvanlar, genlərindəki kodlamalar səbəbiylə balaları yumurtadan çıxar-çıxmaz ölür. Bəziləri isə genləri səbəbiylə yüzlərlə il yaşaya bilir. Fərqli canlı növlərinin genləri arasındakı fərqləri tapmaq, həyat müddətini təyin mexanizmləri anlamaq baxımından kritik əhəmiyyətə sahibdir.

Bu mexanizmin məntiqini başa düşmək üçün üçün bir hesablama edək. UNICEF məlumatlarına görə dünyada bir gündə 350 min körpə doğulur, yəni 8 ildə 1 milyard körpə dünyaya gəlir. 200 ildə 25 milyard körpənin doğulmasıyla, əhali 33 milyarda qədər çıxır. İnsan sayı artdıqca doğan körpə sayının da artacağını düşünsək, 33 milyardı 50 milyarda yuvarlaya bilərik. Yəni dərhal bu gün ölümsüz olsaydıq, yalnız 200 il sonra nüfusumuz 50 milyarda çıxacaqdı.

Elm insanlarının riyazi modelləmələrinə görə, müvəffəqiyyət əldə etsək, insan ömrünü bu ankı halına görə 7-8 qat uzatmaq mümkündür. Bu da təxminən 500 ilə bərabər gəlir. Yəni elmə görə insan ömrünü, maksimum 500 il-ə çəkə bilərik kimi görünür ...

Fira