Göydəykən təyyarənin qapıları bir anda açılsa nə olar?

Göydəykən təyyarənin qapıları bir anda açılsa nə olar?

Bəziləri izlədiyi filmlərin təsiri ilə, bəziləri də öz başında meydana gətirdiyi paranoyya ilə uçuş əsnasında təyyarənin qapılarının açılmasından qorxur. Yaxşı bəs uçuş əsnasında təyyarənin qapıları açılsa nə olar?

Final Destination filmini ya da Lost serialını izlədikdən sonra təyyarəyə minən çox adam, qapının birdən açılacağı və təyyarədə bir fəlakətə səbəb olacağı paranoyyasına qapılmışdır. Əslində; filmlərdə və seriallarda təyyarənin qapısının açılması halında yaşananlar bir az şişirdilir. Lakin bu vəziyyət, qapı açıldıqda heç bir şey olmayacağı mənasını vermir.

Əvvəlcə bunu ifadə etməliyik ki uçuş əsnasında təyyarənin çölü ilə içərisi arasında çox ciddi bir təzyiq fərqi olur. Bu səbəblə təyyarə havalandıqdan sonra qapının açılma ehtimalı son dərəcə aşağıdır. Bu səbəblə paranoyyaya qapılmanıza ehtiyac yoxdur. Lakin qapının açılmasının qeyri-mümkün olduğu da deyilə bilməz.



Bəs qapı açılsa nə olar?
Bu problemin cavabı, təyyarənin yüksəkliyinə görə dəyişir. Çünki təyyarə yüksəldikcə atmosfer təzyiqi azalacağından təyyarənin içi ilə xarici arasında təzyiq fərqi artacaqdır. Ancaq standart bir uçuş əsnasında qapı açılsa içəridə olan hava təzyiqi 0.5 salisə içində boşalacaqdır. Təyyarənin içində olan və bu sürətə dözə bilməyən hər şey qapıdan çölə sovrular.

Daha da əhəmiyyətlisi, əgər təyyarə kafi dayanıqlılığa sahib deyilsə parçalanma təhlükəsi ilə qarşı-qarşıya qalacaq. Bununla birlikdə içəridəki havanın çölə çıxması, təyyarənin içindəki oksigenin də azalasına səbəb olacaq. Əgər təyyarənin pilotu 10 dəqiqə ərzində təyyarənii yerə endirməzsə, içəridə olan sərnişinlər oksigen çatışmazlığından boğula bilərlər.



sh