Samsungun Galaxy S9-u iPhone 6 İlə Müqayisə Etdiyi Reklam!
Samsung, Galaxy S9 üçün çəkdiyi yeni reklam filmini nəşr etdi. Lakin, iPhone 6 ilə Samsungun son telefonunu yarışdırması səbəbi ilə tənqid almağa başladı.
Samsung ilə Apple arasındakı rəqabət indiyə qədər bir çox əyləncəli reklam filminə və rəngli hadisələrin yaşanmasına səbəb oldu. Bir-birlərinə sataşmağı və bu şirin rəqabəti sevən iki firma, hər zaman bu sektorun ən böyük iki rəqibi olacaq kimi görünür. Ancaq Samsungun nəşr etdiyi Galaxy S9 reklamı izləyənlər tərəfindən bəyənilmədi çünki Samsung ən yeni cihazını iPhone 6 ilə müqayisə edir.
Reklam filmi ərzində iPhone 6 istifadə bir qadının telefonun yavaşlığı səbəbi ilə yaşadığı axsaqlıqlar göstərilir. Telefonuna görə davamlı problem yaşayan qadın, bir tərəfdən də ətrafında həmişə xoşbəxt görünən S9 istifadəçiləri görür. Telefonunun düzəlməsi ümidi ilə bir Apple Store-a gedən qadın, burada da gözlədiyi xidməti görə bilmir.
Store-dan çıxdığında isə iPhone X-un notch-lu dizaynına bir göndərmə olan gülməli saç kəsimli bir adamla qarşılaşan qadın, sonra telefonunu dəyişdirir və aldığı telefonun Galaxy S9 olduğu görülür. Əslində reklam filmi əyləncəlidir, ancaq 2014-ci ildə çıxan bir telefonu 2018-ci ildə çıxmış ən yeni telefonlardan biri ilə qarşılaşdırmaq heç doğru deyil.
sh