YouTube Music Nəhayət ki Gəlir!

YouTube Music Nəhayət ki Gəlir!

YouTubenin son 3 ildir ki, dəvətnamə sistemiylə və çox məhdud bir kütlə ilə sınağa davam etdiyi musiqi dinləmə xidməti artıq gəlir . Yaxşı bizləri nələr gözləyir?
YouTubenin uzunca müddətdir üzərində çalışdığı yeni layihəsində sona gəlirik. Həm pullu, həm reklamlı olmaqla fərqli versiyalarla gələcək olan, Spotify və Apple Musicə böyük bir rəqib olmağa hazırlanan YouTube Music ilə əlaqədar məlumatları sizlər üçün yığdıq.

YouTube Music-də Bizi Nələr Gözləyir?



~Çərşənbə axşamı günü ilk etapda Yeni Zelandiya, Cənubi Koreya, Avstraliya və Meksikada xidmətə açılacaq. Digər ölkələrə də qısa müddətdə açılması planlaşdırılır.
~2 fərqli üzvlük modeli olacaq: Aylıq 10 dollarlıq premium xidməti və reklamlı pulsuz versiya. Bununla birlikdə YouTube Red xidməti də YouTube Premium olaraq dəyişəcək.
~YouTube axtarış keçmişiniz və keçmişdə dinlədiyiniz musiqilər, YouTube Music-də sizlərə musiqi tövsiyəsi etmək üçün istifadə ediləcək.
~YouTube Music, Google Asistana tam dəstək verəcək.
~Tətbiq üçün həm yenidən dizayn edilmiş bir mobil proqram, həm də kompüterdən istifadə etmək istəyənlər üçün bir masa üstü proqram gəlir. Olduqca minimal və sürətli bir interfeys olması gözlənilir.
~Təqib etdiyiniz sənətçilərin yeni mahnıları və albomları, gözdən qaçırmamaq üçün YouTube Musicin əsas səhifəsində də diqqətinizi çəkəcək bir şəkildə nəşr olunacaq.
~Google Play Musiqi xidməti ilin sonuna qədər tamamilə bağlanacaq və YouTube Musiqi xidmətinə keçid olacaq.



sh