Instagram Stories'ə musiqi əlavə etmək olar

Instagram Stories'ə musiqi əlavə etmək olar

Instagram fotoservisi Stories paylaşımlarına fon musiqisinin əlavə olunması funksiyasını təqdim etdi. Stories paylaşımına musiqi əlavə etmək üçün sadəcə olaraq stikerlər bölməsinə daxil olmaq lazımdır. Həmin bölmədə musiqi ikonu yerləşəcək. Musiqi ikonuna klik edərək istifadəçi müxtəlif növ musiqilərdən ibarət yeni bölməyə keçid edəcək. Musiqi seçimini edəndən sonra istifadəçi həmin musiqinin lazımi hissəsini kəsib Stories paylaşımına əlavə edə bilər.

Teach.az bildirir ki, musiqini həmçinin videoçəkiliş zamanı da əlavə etmək olar. Belə ki, videoçəkiliş düyməsinin altında xüsusi ikon yerləşəcək. Bu cür musiqi Stories paylaşımlarına baxacaq digər şəxslər isə seçilmiş musiqini eşidəcək, həmin musiqinin adını və onu ifa edən şəxsin adlarını stiker tərzində görə biləcəklər. Gələcəkdə musiqi bölməsinə bir çox yeni musiqilər əlavə olunacaq. Sözügedən yeni funksiya yaxın zamanda bütün istifadəçilər üçün aktiv olacaq. Bundan əlavə olaraq Instagram bildirib ki, gün ərzində 400 milyon istifadəçi Stories bölməsindən istifadə edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Instagram-ın rəqibi Snapchat-dakı Stories bölməsindən gündəlik 191 milyon istifadəçi istifadə edir.

Teach.az (mənbə-technote.az)