Yeni nəsil Wi-Fi 4 dəfə böyük sürəti təmin edəcək

Yeni nəsil Wi-Fi 4 dəfə böyük sürəti təmin edəcək

Wi-Fi Alliance təşkilatı məlumatın ötürülmə sürətini 4 dəfə artırmağa imkan verən Extreme High Throughput (EHT) adlı yeni naqilsiz rabitə spesifikasiyasının üzərində işləyir.

Teach.az technote.az-a istinadən bildirir ki, bu, Wi-Fi spesifikasiyalarının 2 illik yenilənmə dövrü üçün başlanğıc hesab olunur. Belə ki, 802.11ax standartı 4 il qüvvədə olmuşdur.

2020-ci ildə lisenziyasız istifadə üçün nəzərdə tutulan EHT yeni spesifikasiyası 6 QHs tezliyin tətbiq ediləcəyi məkanlarda birinci ola bilər.

Yeni standart, həmçinin 320 MHs enə malik əlaqə kanallarını nəzərdə tutur. Standartın son reallaşdırılması 2023-cü ilə planlaşdırılmışdır. EHT təşəbbüsü Wi-Fi standartlarının uzun müddətdir ki yenilənməməsi fonunda irəli sürülmüşdür.

Məsələn, .11ax standartı yalnız indi bazara çıxarılır, spesifikasiyası isə hələ tam şəkildə təsdiq edilməmişdir. Onun hazırlanması 4 ildən çox davam etmiş və 802.11 standartının ən uzunmüddətli layihəsi olmuşdur.