DİQQƏT! “Facebook” 3 xidmətini bağlayır

DİQQƏT! “Facebook” 3 xidmətini bağlayır

“Facebook” şirkəti 3 xidmətini bağlayır.

Teach.az-ın verdiyi məlumata görə, “Moves”, “Hello” və “Tbh” xidmətləri 90 gündən sonra fəaliyyətini dayandıracaq.

Bu məlumatı şirkət öz bloqunda yerləşdirib. Proqramların bağlanmasına səbəb istifadəçi sayının aşağı olmasıdır.

“Moves” fitnes-trekinq fəallığı üçün xidmətdir. O, istifadəçinin gün ərzində hərəkətinin statistikasını toplamaq imkanına malikdir.

“Hello” xidmətinin xüsusiyyətləri “Facebook” məlumatlarının əlaqə informasiyaları ilə birləşdirilməsindən ibarətdir. Proqram bir ildən çoxdur yenilənmir.

“Tbh” – yuxarı sinif şagirdlərinə biri-birinə komplimentlər göndərməyə imkan verən sosial şəbəkələr üçün anonim tətbiqdir. Yaxın zamanlarda xidmət məlumatların mübadiləsi funksiyasını işə salıb.

“Facebook” rəsmiləri bildirir ki, bu tətbiqlərin bağlanması öz resurslarının prioritetlərini daha yaxşı müəyyən etməyə imkan verəcək.
Teach.az (mənbə-lent.az)