Qaşlarımız Olmasaydı, Eynilə Neandertallar Kimi Yox Olardıq!

Qaşlarımız Olmasaydı, Eynilə Neandertallar Kimi Yox Olardıq!

Üzümüzün daha estetik görünməsini təmin edən və gözlərimizi tozlardan qoruyan qaşlarımızın, təkamül müddətdə həyatda qalmağımızı təmin etdiyini bilirdinizmi?
Qadınların gözəl görünmək üçün aldırdıqları və üzümüzü daha estetik görünməsini təmin edən qaşların bunlar xaricindəki funksiyalarını heç düşünmüsünüz? Qaşlarımız, bildiyiniz kimi gözümüzə girə biləcək tərlər və tozlardan bizi mümkün qədər qoruyur. Təbiiki, qaşlarımız təbii seleksiya mövzusunda da bizə olduqca faydası olmuşdur.

Qaşlar, hökmdarlıq simvolu

Biz çox fikir verməsək də qaşlarımız digər insanlara ya da canlılara bizim 'təhdid olmadığımızı' göstərir. Qarşımızdakı insana hirsləndiyimizi ya da onu sevdiyimizi də qaşlarımızla ifadə edə bilərik.

Ricardo Godinho və Paul O'Higgins adlı araşdırmaçılar, bunun səbəbini öyrənmək üçün fosilləşmiş bir kəllədəki qaş kəmərini araşdırdı. Nəticələr göstərir ki insanlar, qaşlarını eynilə primatlar kimi ictimai hökmdarlığı göstərmək üçün də istifadə etmişdir.

İnsan növünün qaş çıxıntısını ola bildiyincə itirmiş olması da yəqin ki, daha az təhdid edici görünmək üçün oldu. Qaş çıxıntısını itirməyimizin digər bir səbəbi də insanın beyin quruluşunun dəyişməsi və üzümüzün kiçilməsi ola bilər.



Bu vəziyyəti ən yaxşı qadınlar bilir , qaşları qövslü ya da düz aldırmaq, insanın çöhrəsini çox dəyişdirər. Məsələn; qalın bir qaş qadınları daha dominant göstərərkən, incə qaş insanları daha sadəlövh və müdafiəsiz göstərir.

Xülasə, qaşlar insanların özlərini daha həssas və ya qəddar olduğunu göstərməyə imkan vermişdir. Bundan ötəri də insanlar, təkamül müddətində digər canlı növlərinə nəzərən çox daha asan ünsiyyət qura bilmiş ya da onları təhdid edə bilmişdir.



sh