Kosmos Vasitəsi Wall-E-nin Dünya və Ayı  Birlikdə Tutduğu Maraqlı Foto

Kosmos Vasitəsi Wall-E-nin Dünya və Ayı Birlikdə Tutduğu Maraqlı Foto

Bildiyiniz kimi Mars səfəri hazırlığı başladı. NASA-nın Marsa göndərdiyi kosmos vasitəsi Wall-E, təsadüfən Yer və Ayın surətini çəkdi.
1977-ci ildə NASA tərəfindən kosmosa göndərilmiş Voyager 1 adlı kosmos vasitəsinin 1990-ci ildə çəkdiyi fotoşəkil, Dünyanı sönük mavi bir nöqtə kimi göstərirdi. O vaxtar olduqca məşhurlaşmış bu görünüşə rəqib olacaq yeni bir fotoşəkil, Wall-E adlı bir kosmos vasitəsi tərəfindən təsadüfən çəkildi.

8 May tarixində NASA, InSight adlı kosmos vəzifəsi üçün iki kosmos vasitəsini 'Qırmızı Planet' olaraq bildiyimiz Marsa göndərdi. Kosmosa göndərilən iki vasitənin adı Eve və Wall-E idi.


Kosmosa fırlatıldıktan bir gün sonra Wall-E-nin sistemini idarə etmək məqsədiylə balıq gözü kamerası istifadə edildi. Ancaq Wall-E gözlənilmədən Ayı və Dünyanın fotoşəkilini çəkdi.

Fotoşəkilin çəkildiyi məsafə Dünyadan təxminən olaraq 1 milyon, Aydan isə 380.000 kilometr uzaqlıqda idi. Voyager-ın məşhur fotoşəkili isə Dünyaya 6 milyard kilometr uzaklıqdaydı.


Voyager 1 ilə çəkilmiş fotoşəkil

Hardasa çanta böyüklüyündəki iki kiçik kosmos vasitəsi, Dünya və Mars arasında əlaqə qurmağımızı təmin edəcək. Əgər layihə müvəffəqiyyətli olsa gələcəkdəki Mars kosmos yolçuları, Dünya ilə çox daha asan və ucuz bir şəkildə əlaqədə qalacaq.



sh