Dizaynı ilə iPhone X-a Diss Atan Vivo X21i tanıdıldı!

Dizaynı ilə iPhone X-a Diss Atan Vivo X21i tanıdıldı!

Qısa müddət əvvəl tanıdılan və Snapdragon prosessordan güc alan Vivo X21-in fərqli bir versiyası olan MediaTek Helio P60-lu Vivo X21i tanıdıldı.
Çinli ağıllı telefon istehsalçısı Vivo, keçdiyimiz həftələrdə təqdim etdiyi Vivo X21 modelinin fərqli bir variant olan Vivo X21i-ni rəsmi olaraq tanıtdı. Təməl olaraq Vivo X21 ilə hardasa eyni xüsusiyyətlərə sahib olan Vivo X21i-nin ən böyük fərqliliyi isə prosessor tərəfində Snapdragon 660 yerinə MediaTek Helio P60 istifadə olmasıdır.

6.28 düym ölçüsündə 19: 9 Full HD + bir ekrana sahib olan cihaz, 90.3% kimi son dərəcə iddialı bir ekran / gövdə nisbətinə sahibdir. f / 1.8 diyafraqmalı 12MP və f / 2.4 diyafraqmallı 5MP olmaqla cüt arxa kameraya sahib olan cihaz, süni zəka xüsusiyyətləri sayəsində olduqca təsir edici bir kamera performansı sərgiləyir.



Vivo X21i Xüsusiyyətləri
Prosessor: Mediatek Helio P60
RAM: 4GB / 6GB
Yaddaş: 64GB / 128GB
Ekran: 6.28 düym FHD +
Arxa Kamera: 12MP f / 1.8 diafraqma, 5MP f / 2.4 diafraqma
Ön Kamera: 12MP f / 2.0 diafraqma
Batareya: 3425mAh
Əməliyyat sistemi: Android 8.1 Oreo



Gecə siyahı, yaqut qırmızısı və aurora ağı olmaqla üç fərqli rəng variantı ilə istehlakçılar ilə görüşəcək yeni Vivo X21i-in həm 4GB həm də 6GB-lıq versiyası 717 AZN-dən satışa təqdim ediləcək. Daha çox RAM tutumu istəyənlər saxlama sahəsindən, daha çox saxlama yeri istəyənlər isə RAM tutumundan imtina etmək məcburiyyətində qalacaqlar.



sh