Dünyanın İlk 1 TB saxlama sahəsinə sahib telefonu: Smartisan R1

Dünyanın İlk 1 TB saxlama sahəsinə sahib telefonu: Smartisan R1

Çinin yüksələn dəyərlərindən Smartisan, R1 modelinin 1 TB-lik versiyası ilə bir anda gündəmə düşdü.
Ölkəmizdə çox da tanınmayan lakin gündən-günə bazarda dəyərlənməyə başlayan şirkətlərdən Smartisan, olduqca maraqlı bir strategiya təyin edərək adını ağıllı telefon tarixinə həkk edəcək bir cihaza imza atdı. Tezliklə, 1TB daxili yaddaşına görə tez-tez Smartisan R1 adını eşidəcəyik. Yeni 1 TB-lik ağıllı telefonu ilə Smartisan, mobil telefonları tarixində bu dəyərə çata bilən ilk telefon olaraq yeni bir rekorda imza atır. Üstəlik cihaz yalnız saxlama sahəsindəki deyil, digər xüsusiyyətlərlə də çox yaxşı bir potensiala sahibdir.


2242 x 1080, 18.7: 9 nisbətiylə 6.17 düymlük olduqca böyük bir ekrana sahib olan cihaz, Gorilla Glass 3-lə qorunur. Rəng qəmi nisbəti 96% olan cihazın Snapdragon 845 çip setində 2.8GHz prosessoru olduqca iddialıdır. 4 müxtəlif variantda gələn Smartisan R1, 6GB RAM - 64GB yaddaş, 6GB RAM - 128GB yaddaş, 8GB RAM - 128GB yaddaş və 8GB RAM - 1TB saxlama birləşmələri ilə təklif olunacaq.



Cüt arxa kamerası olan R1, 12 MP-lik Sony IMX363 və 20MP-lik Sony IMX350-nin müvəffəqiyyətli bir kombinasiyası meydana gəlməsi ilə yanaşı, 'öyrənə bilən Mexanika Texnologiyası' sahibi 24MP-lik ön kamerası ilə real vaxt gözəllik rejimini dəstəkləyir. Sözün özü qarşımızda əsl selfie canavarı var.

Quick Charge 4+ dəstəkləyən Smartisan R1, ortalama sayılacaq 3600mAh-lıq batareyasını bağışlatdıracaq səviyyədə son dərəcə müvəffəqiyyətli sürətli şarj sisteminə sahibdir. Cihazla əlaqədar ən maraqlı vəziyyətlərdən biri də şübhəsiz ki qiymət şkalasıdır. 549 dollarlıq məqbul bir qiymətdən başlayan cihaz, 1TB-lıq rekordçu cihazı isə 1388 dollarlıq qiyməti ilə ən aşağı versiyonunun 2 qatından da yüksək bir qiymətə çatır.

Çinli şirkətin, Smartisan R1 üçün təyin etdiyi qiymət şkalası; 6GB RAM - 64GB / 549 dollar, 6GB RAM - 128GB / 627 dollar, 8 GB RAM - 128GB / 705 dollar və 8GB RAM - 1TB / 1388 dollardır.


sh