Android və iOS üçün ən yaxşı və pulsuz 5 RAW kamera proqramı

Android və iOS üçün ən yaxşı və pulsuz 5 RAW kamera proqramı

Hər nə qədər ağıllı telefonların kamera təchizatları, performanslarına ən çox təsir edən faktor olsa da, daha möhkəm tətbiqlərlə kameranızdan daha çox səmərə almanız mümkündür. Bununla birlikdə çəkdiyiniz fotoşəkillərdə müxtəlif düzəlişlər və dəyişikliklər də etmək istəyəcəksinizdir.

Teach.az sizlər üçün həm kameranızdan alacağınız səmərəni maksimuma çıxaracaq, həm də çəkdiyiniz şəkillər üzərində oynamalar edə biləcəyiniz tətbiqləri siyahılayıb. Tətbiqlərin hamısı pulsuz və JPEG kimi sıxışdırılmış bir formatın əksinə, bütün şəkillərinizi həm halıyla, .raw formatında əldə edə bilərsiniz. Vaxt itirmədən siyahımıza keçək.

Adobe Lightroom CC



Foto, səs və video tənzimləmə deyilincə dünyadakı hər kəsin ağılına gələn şirkət olan Adobe, burada da işini davam etdirir. Adobe Cloud vasitəçiliyi ilə telefonda başladığınız bir düzəliş əməliyyatına, eyni vaxtda olaraq kompüterdə də davam edə bilirsiniz. Onlarla fərqli effekt və tənzimləmə variantı da vacibdir.

VSCO



Başlarda fotoşəkilinizə müxtəlif film effektləri əlavə edən minik bir proqram, zaman içərisində inkişaf edən VSCO, bu günlərdə bütöv bir kamera və edit tətbiqinə çevrilib. Müxtəlif premium xüsusiyyətlərinə çatmaq üçün isə, bənzərlərinə görə olduqca aşağı bir ödəniş (illik $ 20) ödəmək lazımdır.

Snapseed



Google, 6 il əvvəl Snapseed-i aldıqda, hər kəs proqram üçün heç də yaxşı bir qərar verilmədiyini və tətbiqin sonu olacağını düşünürdü. Buna qarşı tətbiq 6 ildə gündən günə inkişafa davam edib. Tətbiqin içərisində iştirak edən heç bir xüsusiyyət üçün ödəniş tələb edilmir və RAW olaraq çıxış ala bilirsiniz.

RAW Power



RAW Power, həm iPhone həm də iPad-inizdə professional tənzimləmələr edə biləcəyiniz bir proqramdır. Yalnız effektləri ilə deyil, fotoşəkillər üzərində incə toxunuşlarla edə biləcəkləriniz yalnız xəyal gücünüzlə məhdud deyə bilərik.

MuseCam



Siyahımızın vizual və istifadə baxımından mənə görə ən istifadəçi dostu tətbiqi deyə bilərik. iOS istifadəçilərinə pulsuz olaraq təqdim edilən MuseCam sayəsində həm öz effektlərinizi meydana gətirə bilər, həm də yaradılmış fərqli effektləri yükləyə bilərsiniz.

Fira