Okeanın ən dərin yerində bütün insanlığı narahat edəcək bir şey tapıldı
Dənizlər, Dünya tərəzisində insanların ağırlığını tarazlamaq üçün qarşı tərəfə qoyulan ən böyük ekologiyalardan biridir. Planetdəki həyatı bitirməyə and içmiş yegane növ olaraq bizlər, əgər qısa müddətdə həll tapmaz ya da ağıllanmasaq, hər şey çox çətin olacaq.
Dənizlərinin ən dərin nöqtəsi olan Mariana Çuxurunun 10.898 metrlik bir bölgəsində plastik torbalar tapıldı. Tullantılar, Yokosukdakı Yapon Yer Elmləri və Texnologiya Agentliyi (JAMSTEC) tərəfindən edilən bir iş əsnasında ortaya çıxdı. ROV adı verilən vasitələr, bu sahədən görüntülər yığdılar.
Bu dərin nöqtənin 1 kilometr kvadratlıq hər hansı bir bölgəsində orta hesabla 335 insan tullantısı tapmaq mümkündür. Tədqiqatçılar 1983-cü ildən 2017-ci ilə qədər minlərlə analiz dalış zamanı yüzlərlə il boyunca məhv edilməyəcək 3,425 tullantı təsbit etdi. Metal, kauçuk, qarmaq komandaları, şüşələr və insan istehsalı onlarla fərqli növdəki tullantıların da plastik olanlara yoldaşlıq edirdi. Bu məlumatlar yalnız müşahidə edilə bilən tullantıların miqdarını ortaya qoydu.
Elm adamlarının fikrincə, bu tullantılara yaxın yaşayan dəniz canlılarından narahat olmaq lazımdır:
Əvvəlki araşdırmalarda insan tullantılarının bəzi dəniz canlılarının mədələrində də olduğu aşkar edilmişdir. 7-10 kilometrlik dərinliklər arasında yaşayan 90 fərqli xərçəngkimiləri öyrənən alimlər, heyvanların bağırsaqlarında neylon, poliamid, polietilen istehsalında istifadə edilən mikro lif növü olan RYON və Lyocell kimi maddələrlə birlikdə çox sayda sintetik maddə təsbit etdilər.
Tək istifadəlik məhsullardan çıxan insan tullantıları, okeanın ən dərin nöqtəsində belə canlı həyatını təhdid etməyə başladı. Ekspertlərin fikrincə, qədimdən bəri yaşayan bəzi dərin dəniz növləri bu tullantılar tərəfindən təhlükə altındadır.
İngiltərə kimi bir neçə ölkədə plastik tullantılara qarşı vergitutma üsulları tətbiq olunmağa başlandı. Qlobal miqyasda xidmət verən market zəncirlərinin paketləri ödənişli olaraq verməsi kimi səylər artdıqca oradakı tullantı ədədləri azalmayacaq, ancaq daha çox yığılmalarının qarşısını almış olacağıq.
sh