Havaiidəki Vulkan Faciəsi İllərcə Davam Edə Bilər!

Havaiidəki Vulkan Faciəsi İllərcə Davam Edə Bilər!

Ötən həftədən bəri gözlənilməz bir şəkildə aktiv bir hala gələn Havaiidəki Kilauea vulkanının qarşısı necə alınacaq bilinmir.
Alimlər, Havaiidəki nəhəng Kilauea vulkanik partlamasının nə zaman bitəcəyini bilmir. Dəhşət saçan yanardağdan gələn lava, indidən 35 binanı məhv etmişdir və 1700-dən çox insanın evindən çıxmasına səbəb oldu.

Tədqiqatçılar ötən həftə baş verən hadisəni izləyirlər. Ancaq dağıdıcı lava püskürməsi dayanmaq bilmir.


NOAA-dakı bir vulkanoqoloq olan Bill Chadwick, hadisənin bütün detalları ilə araşdırılmalı olduğunu söylədi. Partlayış, günlər, həftələr hətta illər çəkə bilər. Bütün bunlar mümkündür, ancaq çox təəssüf ki bunun nə zaman bitəcəyi bilinmir.



Havaiinin Böyük Adasındakı Kilauea vulkanı 30 il sonra ilk dəfə partladı. Partlayışın ən pis dövrü bu həftə reallaşır. Denison Universitetində vulkanoqoloq olan Erik Klemetti: "Bu gün hər hansı bir ev, tam təhlükəsiz kimi görünsə də püskürmə davam edərsə lava axını onu alıb apara bilər" dedi.


ABŞ Geoloji Tədqiqatında vulkanoloq Wendy Stovall əlavə etdi: "Magma axışı davam etdiyi müddətdə, biz indi burada olanlardan daha çoxunu gözləyirik".
Səlahiyyətlilər, bir çox insanın təhlükəli vulkanik qazlar səbəbi ilə geri qayıtmaqlarını qadağan edən xəbərdarlıqları nəzərə almadığını söyləyir. Keçdiyimiz həftə partlayışlar başladığından bəri 17 yeni püskürmə yeri olduğu müşahidə edildi.


sh