Dünyamız 700 milyon il əvvəl buz tutmuşdu!

Dünyamız 700 milyon il əvvəl buz tutmuşdu!

Planetimizin hazırda bəzi iqlim dəyişiklikləri ilə başı dərddədir, ancaq bu hadisə ilk dəfə olmur. Bundan 700 milyon əvvəl dəyərləri dəlicə dəyişən planetimiz, qeyri-adi bir şəkildə soyumağa və buz tutmağa başlamışdı.
İqlim dəyişmələri biz canlılara olduğu kimi vaxtında planetimizə də olduqca fərqli bir cavab vermişdi. Beləliklə 700 milyon il bundan əvvəl dünyamızın iqlimi dəyişməyə başladı və qeyri-adi qlobal soyuma hadisələri baş verdi. Bu soyuq dövr, elm insanları tərəfindən lövhə tektonikası olaraq adlandırılır.

Dünyanın qabığının əmələ gəlməsindən bu yana tektonik hərəkətlər yaşanmışdır, ancaq 600- 800 milyon il əvvəl Rodinia adı verilən super qitə çatlamağa başlamışdı. Bu çatlanma vaxtı ilə dünyanın soyuq dövrünün vaxtı bir-birinə bağlıdır. Mövzu haqqında danışan Dallas və Austin-dəki Texas Universiteti tədqiqatçıları, bunun bir təsadüf olmadığını, aralarında əlaqə olduğunu ifadə etdilər.


Sonrasında hadisə araşdırılmağa başlandı və qlobal soyuma olabiləcək səbəbləri araşdırıldı. Bunlar göz önünə alındığında lövhə tektoniği ilə krekinq hadisəsinin arasındakı əhəmiyyətli ortaq nöqtələr kəşf edildi. UT-nin geologiya üzrə professoru Robert Stern deyir: "Biz bütün mexanikləri araşdırmışıq. Nəticələrə baxdığımızda, bu soyuq hava dalğası lövhə tektonikasının başlanğıcından meydana gəlmişdir.
Dünyanın neoproterozoyik olaraq bilinən bu dövrü, planetimizdə də köklü dəyişikliklərə səbəb oldu. Məsələn okeanların nizamı və şəkli dəyişdi, atmosfer vəziyyətdən çox təsirləndi, dağların və dayaz dənizlərin meydana gəlməsində təsiri oldu. Bunlara əlavə olaraq eyni zamanda Dünyanın xarici qabığındakı dəyişmələrdə də səbəbkar olmuşdur. Beləliklə, hal-hazırda dəyişən iqlimlər əslində milyonlarla il əvvəl də planetimizdə olduqca təsirli idi.


sh