Bir az gec olsa da Windows Notepad 33 il sonra düzəldildi

Bir az gec olsa da Windows Notepad 33 il sonra düzəldildi

Microsoft, çıxışının üzərindən 33 il keçən Windows Notepad üçün bir müddətdir (!) gözlənilən bir düzəlişi reallaşdıracaq.
Siz də Windowsu qurduqdan sonra Office satın almaq istəməyənlərdən və ya Free Office kimi pulsuz alternativləri qurmağa ərinənlərdən ola bilərsiniz. Bu səbəblə, bir şeylər yazmaq istəyərkən, 'Sağ klik, Yeni Mətn Sənədi' üsuluna müraciət edənlərdən birisiniz bəlkə də.


Microsoft, reallaşdırdığı inkişaf etdirici konfransı çərçivəsində, Microsoft Notepad üçün bir yeniləmə reallaşdıracağını bildirdi. 1985-ci ildə bazara çıxan Windows 1.0-dan bəri həll edilməmiş olan və MacOs ilə Linux dağılımlarından hər hansı birini istifadə edənlər üçün davamlılıq kəsb edən 'sətir sonu' problemi yeni versiya ilə həll olunacaq.

Windows Notepadin MacOS və Linux versiyaları üçün, developerlər tərəfindən uzun müddətdir şikayət edilən bir problemi var idi: Sətir sonlarının kodlaşdırma edərkən, avtomatik bir şəkildə pozulması. Kodlamalarda son sətirlər bildiyiniz kimi hər şeyin sonlandığı nöqtədir. Bu mərhələdə Notepad, məhdudiyyətlərinə görə kodlaşdırma edilərkən son sətirlər yazılmadı kimi reaksiyalar göstərə bilirdi.

Windowsun inkişaf etdirici qrupunun rəhbəri olan Kevin Gallo, mövzuyla əlaqədar qısa və dəqiq bir açıqlama etdi: "Notepadi düzəltdik!" Microsoft, Notepadi, Linux və MacOS cihazlarında istifadə edən developerlər üçün belə bir xoş xəbər gəldi: Siz də 'old school' deyə biləcəyimiz, hələ də bu 33 illik proqramdan imtina edə bilməyənlərdənsinizsə, Microsoftun detallarda belə yeni dövrdə daha diqqətli olacağını ifadə edə bilərik.


sh