Edilən bir təcrübədə davamlı təhqirə məruz qalan çiçək saralıb-soldu

Edilən bir təcrübədə davamlı təhqirə məruz qalan çiçək saralıb-soldu

IKEA-nın dəstəyiylə Birləşmiş Ərəb Əmirliklərindəki bir məktəbdə qəribə bir təcrübə reallaşdırılıb. Çiçəklərin insan davranışlarına verdikləri reaksiyanın ölçüldüyü təcrübədə tamamilə eyni fiziki şərtlərə sahib iki çiçəkdən birinə davamlı olaraq yaxşı davranılarkən digərinə tam tərsi şəkildə pis davranılıb.

Teach.az xəbər verir ki, bu yaxşı və pis davranışlar yalnız sözlərlə məhdud idi. Şagirdlər, yaxşı davranılması lazım olan çiçəyə davamlı olaraq gözəl sözlər və təriflər yağdırıb. Səhv davranılması lazım olan çiçəyə isə təhqirlər yağdırılıb. Təcrübə tam bir ay davam edib və əldə edilən nəticə hər kəsi təəccübləndirib.



Bir ay ərzində eyni torpaqda, eyni günəş işığında qalan, eyni miqdarda suvarılan iki çiçəkdən gözəl söz deyilib təriflənən çiçək yaşıllaşıb böyüməyə davam edərkən, təhqir edilən çiçək saralıb solub. Beləcə təcrübə, çiçəklərin fiziki olduğu qədər romantik olaraq da yaxşı baxılması lazım olduğunu ortaya çıxarıb.

Fira