Apple Face ID Problemlərini Düzəltmək Üçün Arxa Kameranı Dəyişdirir!

Apple Face ID Problemlərini Düzəltmək Üçün Arxa Kameranı Dəyişdirir!

Applenin Face ID problemləri üçün arxa kamera dəyişməsi tətbiq etdiyi ortaya çıxdı.Olduqca maraqlı olan bu vəziyyət, ön və arxa kameradaki linzaların bir-birinə bağlı olmasından qaynaqlanır.

Applenin mağazalarına və təmir mərkəzlərinə göndərdiyi bir dəstək sənədi, Face ID təmirləri üçün izlənilən maraqlı bir metoddan ortaya çıxardı. Face ID problemi üçün arxa kamera dəyişməsi edilməsinin vacibliyini təyin etmək üçün işçilərinə bir hardware testi etməsini söyləyən Apple, lazım olduğu halda bu dəyişikliyi edir.


Face ID problemini həll etmək üçün arxa kamera dəyişməsinin zəruriliyi, olduqca gülünc səslənsə də bu ilk dəfə eşitdiyimiz bir şey deyil. Reddit üzərindəki bir çox iPhone X istifadəçisi, arxa kamera ilə əlaqədar bir problem olduğunda Face ID-nin də işləmədiyini ifadə etmişdi.

Üstəlik, iPhone X-nin Face ID xüsusiyyətinin yaxşı işləmədiyini düşünən bir istifadəçi, dəyişiklik üçün Apple Store-a getdi. Cihazın arxa kamerasını dəyişdirən Apple səlahiyyətlisi, True Depth kamera və telefoto linzanın bir-birinə bağlı olaraq çalışdığını açıqladı. iPhone X istifadəçisinin etdiyi açıqlamadan hamısı isə bu şəkildə:

"Genius Bardakı işçiylə danışdım və kameraların bağlı olduğunu söylədi. Linzalar etdikləri işlərə görə fərqlilik göstərir. İşlək vəziyyətdə olan geniş bucaq linzası, ön kameraya bağlıdır. Telefoto isə True Depth-ə bağlıdır və hər ikisi də işləmirdi."

Sizin iPhone X-də Face ID ilə bağlı bir probleminiz varsa, Apple dəstəyi ilə əlaqə saxlamaq yaxşı fikirdir. iPhone X-ı Apple səlahiyyətli xidmətlərinə apararaq, cihazın arxa kamera dəyişməsinə ehtiyacı olub-olmadığını öyrənə bilərsiniz.



sh