WhatsApp-ın ən çox istənən xüsusiyyətlərindən biri olan "Gecə Modu" gələcəkmi?

WhatsApp-ın ən çox istənən xüsusiyyətlərindən biri olan "Gecə Modu" gələcəkmi?

Gecə rejimi, bəzi istifadəçilər üçün daha yaxşı bir batareya ömürü, bəziləri üçün də göz yormayan bir dizayn mənasını verir. İstifadəçilər az qala bütün tətbiqlər üçün təqdim edilən gecə rejimi opsiyonunu WhatsApp-da da görmək istəyirlər.

Teach.az xəbər verir ki, F8 konfransında eşidilən yeniliklər arasında, WhatsApp-a gecə rejimi seçimini görə bilməyən istifadəçilər, şirkətdən bu istiqamətdə bir addım atmasını gözləyir. Facebookun təşkil etdiyi son F8 konfransında şirkət, məşhur mesajlaşma proqramları olan WhatsApp və Messengerin də daxil olduğu məhsulların çoxuna gəlməsi planlaşdırılan yenilikləri açıqlayıb. Instagram üçün yeni bir "kəşf" algoritmasına qərar verilərkən, Messenger üçün isə yeni bir dizayn gəlməsi mövzusunda sözlər verilib. WhatsApp üçün isə yeni bir dizayn düşüncəsi söz mövzusu deyildi.

Facebook, WhatsApp tətbiqi üçün tanıtdığı görüntülü konfrans danışma və Etiketler ilə istifadəçilərdə həyəcan yaratmağı bacarıb. Bu müvəffəqiyyətin yaxşı çalışan bir gecə rejimi gətirilərək taclandırılmasını istəyən istifadəçilərin sayı olduqca çoxdur. WhatsApp, söhbət səhifəsindəki divar kağızlarını şəxsiləşdirməyə icazə verən ən köhnə tətbiqlər arasında idi, ancaq şəxsiləşdirmə və mövzular adına bu icazələrin kənarına keçilməyib. Gecə rejimi da daxil olmaqla daha çox xüsusiləşdirməni istəyən hər kəsin rəsmi olmayan WhatsApp tətbiqlərini istifadə etməsi lazımdır. İstifadəçilər üçün belə imkanlar olsa belə Facebookun içinə girdiyi mövcud məlumatların müzakirəsindən sonra, şifrələmə təqdim edən rəsmi versiyasını istifadə etmənin daha etibarlı olacağını söyləyə bilərik. Bir digər təhlükə isə tətbiqin çox saxta versiyası var, bunları istifadə etməniz vəziyyətində məlumatlarınızın oğurlanmasına səbəb ola bilər və hətta cihazınızı təhlükəyə ata bilərsiniz.



Digər tərəfdən məlumatların qalmaqalı ilə istifadəçilərini küsdürən Facebookun ayağına aradakı buzları əritmək üçün bir fürsət gəlmiş kimi görünür. Baxaq Facebook istifadəçilərdən gələn bu istəyə necə cavab verəcək.

Fira