Vivo Y75s ve Y83 ortaya çıxdı

Vivo Y75s ve Y83 ortaya çıxdı

Dekabr ayında Y75 modeli ilə qarşımıza çıxan Vivo, indi də bu modelin yenilənmiş versiyası Vivo Y75s ilə qarşımıza çıxmağa hazırlanır. Ortaya çıxan TENAA hesabatlarında görünən bu telefonun bir çox xüsusiyyəti də müəyyən olub. Ayrıca V75s modelinin yanında Vivo-nun, Vivo Y83 model adına sahib yeni bir ağıllı telefon üzərində çalışdığı da ortaya çıxıb.

Teach.az xəbər verir ki, ortaya çıxan məlumatlar doğrudursa Vivo Y75s, gücünü Qualcomm-un Snapdragon 450 yonqu setindən alacaq. Bunun yanında cihaza 4 GB RAM və 64 GB daxili yaddaş yoldaşlıq edəcək. 18: 9 ekran formatına sahib olan cihazda 5.99 düymlük, HD həllolma dəqiqliyində ekrana yer veriləcək. Cihaza batareya tərəfində 3.225 mAh tutumlu bir batareya yoldaşlıq edəcək.



Cihazın kamera detallarına baxdığımızda isə arxa tərəfdə 16 megapiksel həllolma dəqiqliyində kamera iştirak edərkən, ön tərəfdə da 16 megapiksellik selfie kamerası mövqeləndiriləcək. Qutuda Android 7.1.2 əməliyyat sistemi və Funtouch OS 3.2 interfeysi ilə çıxacaq.

Vivo Y83, hər biri 2.0 GHz sürətində işləyən səkkiz nüvəli prosessordan güc alacaq. 4 GB RAM və 64 GB daxili yaddaşa ev sahibliyi edəcək cihazın batareya tərəfində 3.180 mAh tutumlu bir batareya istifadə ediləcək. Ekran tərəfindən isə cihazda, 18: 9 formatında, HD həllolma dəqiqliyində və 6.22 düymlük ekran mövqeləndiriləcək.



13 megapiksellik arxa kameraya sahib olan cihaz, 8 megapiksellik ön kameraya sahib olacaq. Qutuda isə Android 8.1 əməliyyat sistemi və Funtouch OS 4.0 interfeysi ilə çıxacaq.

Hələ ortaya çıxan məlumatlarının qətiliyi olmayan cihazların, nə zaman rəsmi olaraq tanıtılacağına dair bir məlumat yoxdur.

Fira