Xiaomi Mi 7-nin Apple və Samsungu hirsləndirəcək qiyməti,təqdimatdan əvvəl sızdırıldı!

Xiaomi Mi 7-nin Apple və Samsungu hirsləndirəcək qiyməti,təqdimatdan əvvəl sızdırıldı!

Xiaomi'nin ən çox gözlənilən ağıllı telefonu Mi 7-nin iPhone X qurğusundan iki qatından daha aşağı olan qiyməti sızdırıldı.
Qısa müddətdə dünyanın ən çox səs gətirən ağıllı telefon istehsalçılarından biri olmağı bacaran Xiaomi, çox yaxında yeni admiral gəmisi Mi 7-ni təqdim edəcək.
Keçən il elan edilən və çox səs gətirən Xiaomi Mi 7-nin bu il çıxacaq modelinin qiyməti sızdırıldı. Sızıntıya görə telefonun giriş səviyyəsi olan 6GB RAM + 64GB storage 2.799 Yuan, yəni 440 dollardan satışa təqdim ediləcək.



İndiki vaxtda 64GB storage sahəsinin kimsəyə çatmayacağını nəzərə alan Xiaomi, cihazın 128GB saxlama sahəsi olan versiyasını isə 3.299 Yuan, yəni 520 dollardan satışa təqdim edəcək.

5.6 düymlük OLED ekranı ilə gəlməsi gözlənilən cihazın 3D üz tanıma kimi xüsusiyyətlərə malik olması gözlənilir. Qualcomm-ın yeni çipset Snapdragon 845 ilə təchiz olacağı təxmin edilən Mi 7, 6 GB RAM olacağı bilinir. Telefonun arxasında iki 16MP kameranın olacağı təxmin edilən qurğu 3.350 mAh batareya olacaq.

2018-ci ildə trendlərindən olan notch ekran dizaynına sahib cihaz, ekrana basdırılmış barmaq izi oxuyucusu kimi xüsusiyyətləri təqdim edəcək.Hardasa 90%-nin üzərində ekran-kassa nisbətinə sahib olması gözlənilən cihazın 23 Mayda bir təqdimatda tanıdılacağı açıqlandı. Galaxy S9, iPhone X kimi admiral gəmilərinin 1000 dollar sərhədinə dayandığı, hətta bəzilərinin bu sərhədi keçdiyi bir dövrdə, hardasa eyni xüsusiyyətləri yarı qiymətinə istifadəçilərinə təqdim edən Xiaomi, ölkəmiz daxil bütün dünyada yeni istifadəçilər qazanmağa davam edir.


sh