Apple, 2018 Model iPhone qutusuna sürətli şarj adapteri də qoyacaq!

Apple, 2018 Model iPhone qutusuna sürətli şarj adapteri də qoyacaq!

Ötən ilki iPhone modellərində sürətli şarj texnologiyası üçün dəstək təqdim etməsinə baxmayaraq adapterini istifadəçilərə pul ilə satan Apple, bu ilki iPhonelarda eyni səhvə yol verməyərəksürətli şarj adapterini cihaz qutusuna qoyacaq.

Apple, keçdiyimiz Sentyabr ayında tanıtdığı iPhone 8, iPhone 8 Plus və iPhone X ilə birlikdə iPhone modellərində ilk dəfə sürətli şarj texnologiyasını dəstəkləmişdi. Amma hər hansı bir cihazın qutusundan heç bir şarj adapteri yox idi. Bu səbəbdən, sürətli şarj texnologiyasını istifadə etmək üçün bir USB Type-C sürətli şarj adapteri və USB Type-C - Lightning kabel almalı idiniz.

Çinli ictimai media platforması Weibo-da ortaya çıxan yeni bir söz-söhbətə görə Apple, 2018 model iPhonelarda USB Type-C sürətli şarj adapterini və USB Type-C - Lightning kabeli müştərilərinə məhsul qutusunda təqdim edəcək. Beləliklə, 2018 model iPhone sahibləri cihazlarının dəstəklədiyi bir texnologiyanı istifadə etmək üçün artıq pul ödəmək məcburiyyətində qalmayacaq.

Sürətli şarj texnologiyası, ağıllı telefon batareyalarının bir günü çətin tamamladığı bu dövrdə son dərəcə əhəmiyyətlidir. 18W-lıq bir USB Type-C sürətli şarj adapteri, ağıllı telefon yarım saat kimi bir müddətdə 50 % səviyyəsində şarj edə bilər. Lakin bu texnologiyanı istifadə etmək üçün əlavə 75 dollar ödəmək məcburiyyətində qalmaq, Apple müştərilərini çox məmnun etmirdi.


Android admiral gəmilərinin böyük bir əksəriyyətində sürətli şarj adapteri qutudan çıxır. Bundan əlavə,Samsung kimi bəzi istehsalçılar, kabelsiz şarj padını da müştərilərinə hədiyyə edir. Apple, 2017 model iPhonelar ilə birlikdə həm sürətli şarj, həm də kabelsiz şarj dəstəyi təqdim etsə də, bu texnologiyalar üçün lazımlı aksesuarları müştərilərinə pul ilə satmağı seçim etmişdi.



sh