WhatsApp-a Qrup Video Zəng və Stickerlər Gəlir!

WhatsApp-a Qrup Video Zəng və Stickerlər Gəlir!

F8 Developer Konfransında WhatsApp-a gələcək yeni xüsusiyyətlər haqqında açıqlama edəm Mubarik İmam, qrup görüntülü görüşmə, stickerlər və müəssisələrə dair bir neçə xüsusiyyətin qarşıdakı aylarda istifadəyə təqdim ediləcəyini söylədi.

Facebook-un ənənəvi F8 Developer Konfransında danışan WhatsApp meneceri Mübarik İmam, proqramın gələcəyinə dair mühüm məlumatları paylaşdı. Uzun müddətdir gözlənilən stickerlər və müəssisələrə istiqamətli bir sıra xüsusiyyətlərin yaxında tətbiqdə yer alacağını açıqlayan İmam, qrup görüntülü görüşmə xüsusiyyətinin isə növbəti aylarda istifadəçilərə təqdim ediləcəyini açıqladı.

Xüsusilə qrup video zəng xüsusiyyəti, WhatsApp istifadəçiləri tərəfindən səbirsizliklə gözlənilir. Çünki gündəlik 450 milyon aktiv istifadəçisi olan WhatsAppda hər gün 2 milyard dəqiqənin üzərində səsli və video zəng reallaşdırılır. İmam, qrup video zəng xüsusiyyətinin necə işləyəcəyi haqqında detalları paylaşmasa da təqdimat şəkillərindən aydın olduğu qədəri ilə eyni anda 4 nəfər video görüşmə edə biləcək.

Aylıq 1.5 milyard kimi inanılmaz bir aktiv istifadəçi sayına çatan WhatsApp, qrup video zəng xüsusiyyətinin yanında sticker xüsusiyyəti ilə də Facebook Messenger, Line, WeChat kimi 'rəqiblərini' tutacaq. Stickerlər, smayliklərə görə istifadəçilərə duyğularını daha yaxşı izah etmə imkanı təqdim edəcək. İmam, üçüncü partiya developerlərin WhatsApp üçün sticker inkişaf etdirmələrinə icazə verəcəklərini də açıqlayıb.

Fərdi istifadəçilər üçün tətbiqi inkişaf etdirməyə davam edən WhatsApp, bu ilin əvvəllərində Android platforması üçün pulsuz olaraq təqdim etdiyi WhatsApp Business tətbiqinə da yeni xüsusiyyətlər qazandıracaq. Lakin gələn məlumatlara görə WhatsAppın daha çox xüsusiyyət və daha çox istifadəçiyə çatmaq üçün böyük markalardan ödəniş tələb edəcək. Beləcə WhatsApp həm özünə həm də müəssisələrə gəlir qapısı meydana gətirmiş olacaq.


sh