Niyə Heç Mavi Rəngdə Tərəvəz ya da Meyvə Yoxdur?

Niyə Heç Mavi Rəngdə Tərəvəz ya da Meyvə Yoxdur?

Bir çox tərəvəz və ya meyvə növündə olduğu kimi, bu tərəvəz və ya meyvələr müxtəlif rənglərə malik ola bilər; sarı, qırmızı, yaşıl, narıncı, çəhrayı, bənövşəyi və s. Amma niyə "mavi" yoxdur? Bu problemin elmi baxımdan qısa, öz, amma eyni zamanda təmin edici bir cavabı var.
Bitkilərə rəngini verən şey piqmentlərin kimyəvi strukturlarıdır və bu piqmentlər, ancaq aşağı dalğa boylarında həyat tapa bilən rəngləri çatdırmaq üzrə inkişaf etmişdir. Mavi və tonlarını meydana gətirən birləşmələr isə, zəhərli və yaxud enerji baxımından iqtisadi deyildirlər. Üstəlik, meyvələr əsasında bitkinin artıma məqsədilə meydana gətirdiyi strukturdur və sarı-qırmızı arası tonlar ən gözə çarpan rənglər olduqları üçün meyvə yeyici canlıların marağını yaşıl-mavi tonlarından daha çox çəkirlər.


Çiçək yarpaqları, meyvələrdən çox daha kiçik və incə olmaları səbəbiylə mavi rəngdə olmaları mümkündür. Lakin, yuxarıda sadaladığımız səbəblərdən ötəri mavi rəng və çalarları, bitkinin meyvə və sap kimi nisbətən daha böyük və qalın orqanlarında yaranmazlar. Və bu səbəbdən ötəri də ərik və badımcan kimi meyvələrdə (badımcan da bir meyvədir) sözü gedən rəng tonlarını görməyimizə baxmayaraq, həqiqi mənada mavi rəngli bir meyvə mövcud deyil.


sh