LG-dən müjdəli xəbər: G6 və bəzi digər modeller üçün Android Oreo yeniləməsi gəlir

LG-dən müjdəli xəbər: G6 və bəzi digər modeller üçün Android Oreo yeniləməsi gəlir

LG ötən ilin smartfon modeli üçün keçdiyimiz aylarda Android 8.0 Oreo test müddətini başladıb, amma müjdəli xəbəri heç cür verməmişdi. O müjdəli xəbər nəhayət gəlib.

Teach.az xəbər verir ki, LG G6 Oreo paylamasına başlanır, sonra da LG G5 və LG V20 üçün Oreo yeniləməsi gəlir! LG-nin adı bu sıralar yaxında tanıdılması gözlənilən yeni smartfon modeli LG G7 ThinQ ilə tez-tez xatırlanır. Bu sırada əvvəlki smartfon modelini unutmadığını hiss etdirən LG G6 üçün Android Oreo yeniləməsinin hazır olduğunu eşitdirib. Bazar ertəsi günü ilk olaraq Cənubi Koreyada istifadəyə təqdim ediləcək olan LG G6 Oreo yeniləməsi, ölkəmizə nə vaxt çatacaq bu an üçün bilinmir.

LG-nin Android 8.0 Oreo yeniləməsi ilə birlikdə modelə inkişaf etdirilmiş interfeys, PIP rejimi, daha sürətli bir istifadə, daha yaxşı bir batareya ömürü və inkişaf etdirilmiş sabitlik təqdim etməsi gözlənilir. Bunların yanında markanın ilk dəfə LG V30s ThinQ modelində yer verdiyi AI (Artificial Intelligence) yəni süni zəka xüsusiyyətlərinin də LG G6-ya qazandırılması gözlənilir.



LG G6 Oreo yeniləməsindən sonra 2016-ci ildə tanıdılan bir əvvəlki smartfon modelləri içində gözlənilən xəbəri verib. LG V20 və LG G5 üçün də Android Oreo yeniləməsinin gələcəyi açıqlanarkən təəssüf ki, bu modellərin yeniləmələrinin nə zaman paylanmağa başlanacağına dair bir tarix verilməyib.

Fira