WhatsApp-ın yalnız Android Beta istifadəçilərinin faydalana biləcəyi xüsusiyyəti: Məlumat yükləmə

WhatsApp-ın yalnız Android Beta istifadəçilərinin faydalana biləcəyi xüsusiyyəti: Məlumat yükləmə

Facebookun on milyonlarla istifadəçisinin məlumatlarını sızdırdığının ortaya çıxması, istifadəçilərin şirkətə olan dünyagörüşündə ciddi bir dəyişməyə səbəb olub. Facebook, qalmaqalın izlərini bağlamağa çalışarkən istifadəçilərə qarşı onlardan əldə etdiyi məlumatlar mövzusunda daha şəffaf olmağa cəhd göstərir.

Teach.az xəbər verir ki, Facebook, sahibi olduğu WhatsApp-ın da istifadəçilərə qarşı daha şəffaf olması üçün yeni bir xüsusiyyət üzərində çalışır. Bu xüsusiyyət ilə birlikdə WhatsApp-ı istifadə telefonların modelindən online olduğunuz zamanlara qədər bir çox məlumatların haqqında şirkətdən ətraflı bir hesabat tələb edə bilirsiniz.

Beta istifadəçisi oldunuzsa, artıq hesabat tələb etməniz üçün heç bir maneə yoxdur. WhatsApp proqramını açın və sağ yuxarıda olan 'variantlar' hissəsinə toxunun. Sonra 'ayarlar' menyusuna daxil olun və 'hesab' hissəsini açın.



Açılan səhifədə "Hesab məlumatlarını tələb et 'variantına toxunun. Açılan səhifədə olan 'Hesabatı tələb et' düyməsinə toxunun. Heasabatınız bir gün içində hazırlanacaq. Hazırlandıqdan sonra isə endirmək üçün bir neçə həftə vaxtınız olacaq. Bu müddət ərzində hesabınıza hər hansı bir dəyişiklik etməniz ya da silməniz halında hesabat da silinəcək.



WhatsApp-ın 'hesab məlumatlarını tələb et' xüsusiyyəti hələ yalnız beta istifadəçilərinə təqdim edilmiş olsa da qısa zaman içində bütün istifadəçilərin xidmətinə təqdim edilməsi gözlənilir. iOS istifadəçilərinin xüsusiyyətə nə zaman sahib olacağı isə bu an üçün naməlumdur.

Fira