iOS 11.3.1 təqdim olundu

iOS 11.3.1 təqdim olundu

iOS 11.3 versiyasının təqdim olunmasının üzərindən bir aydan daha qısa bir müddət keçərkən Apple, bu gün etibarilə iPhone, iPad və iPod touch üçün kiçik bir proqram aktuallaşdırması olan iOS 11.3.1 versiyasını təqdim edib.

Teach.az xəbər verir ki, iOS 11 əməliyyat sisteminin on üçüncü rəsmi yeniləməsi olan iOS 11.3.1, bu günə qədər təqdim olunan hər yeniləmə ilə bənzər bir şəkildə cihazın təhlükəsizliyini artıran yaxşılaşdırmağa ev sahibliyi edərkən, iPhone 8-in ekran böhranını aradan qaldırır. Yaşanan problemi qısaca xatırlamaq lazım olsa, iOS 11.3 versiyası ilə birlikdə, Apple xaricində başqa bir xidmət xaricində ekran dəyişməsi edilən iPhone 8 modellərində ekran işləməmə problemi boy göstərməyə başlayıb. Apple-ın bunu qəsdən etdiyi və orijinal olmayan ekranları istifadə edilməz hala gətirdiyi iddia edilib.



Apple-ın bunu qəsdən edib etmədiyi hələ də dəqiqlik qazanmazkən, təxminən 35 MB ölçüsündəki iOS 11.3.1 yeniləmə ilə bu problem həll tapıb.

Ayrıca Apple, yeniləmə qeydlərində bu mövzuda bir xəbərdarlığa yer verib; Orjinal olmayan ekranların taxılması vizual keyfiyyəti poza bilər və doğru çalışmamasına səbəb ola bilər. Apple sertifikatlı ekran təmiri, orjinal Apple parçalarını istifadə edən, etibarlı və mütəxəssis şəxslər tərəfindən həyata keçirilir.

iOS-un bu yeni versiyasına yenilənən Apple cihazları isə bu şəkildədir:

– iPad Air
– iPad Air 2
– iPad Pro
– iPad 9.7
– iPad mini 2
– iPad mini 3
– iPad mini 4
– iPod touch 6th
– iPhone 5s
– iPhone SE
– iPhone 6/6 Plus
– iPhone 6s/6s Plus
– iPhone 7/7 Plus
– iPhone 8/8 Plus
– iPhone X

Fira