Üzərindən avtomobillə keçilən Samsung Galaxy S9,təəccüblü şəkildə hələ də yeni kimi görünür!

Üzərindən avtomobillə keçilən Samsung Galaxy S9,təəccüblü şəkildə hələ də yeni kimi görünür!

Bir Business Insider redaktoru, ofisdən ayrılarkən Galaxy S9'unun üzərindən avtomobiliylə keçdi. Telefonun zibil halına gəldiyini düşünən redaktor, ekranının belə cızılmadığını gördükdə şoka düşdü.
Bir mobil telefonun başına gələ biləcək ən pis şey nədir? Üçüncü partiya bir şarj cihazına görə partlaya bilərr ya da yerə salıb ekranını paramparça ola bilər. Yaxşı,bəs öz ağıllı telefonunuzun üzərindən öz avtomobilinizlə keçmə ehtimalınız nədir? Business Insider texnologiya redaktoru Antonio Villas-Boasın başına gələn tam olaraq bu idi.

Ofisdən ayrılmaq üçün vasitəsinə minən Villas-Boasın bluetooth qulaqlığında olan musiqi bir anda dayandı. Təsadüfə baxın ki avtomobili tam o anda 'bir şeyin' üzərindən keçmişdi. Avtomobildən enən Villas-Boas qorxduğu şey ilə qarşılaşdı, avtomobilə minərkən yerə saldığı Galaxy S9-nun üzərindən Subaru Outback model avtomobili ilə iki dəfə keçmişdi. Ümidsizcə telefonu almaq üçün yerə əyilən Villas-Boas, gözləmədiyi bir nəticə ilə qarşılaşdı.


Galaxy S9, sanki üzərindən 2 tonluq bir avtomobil keçməmiş kimi görünürdü. Galaxy S9-da bir Incipio Dualpro telefon örtüyü olduğu və avtomobilin təkərinin ağırlığı tək bir nöqtəyə fokuslamaq yerinə bütün səthə yayıldığını düşünsək, Galaxy S9-un ekranında bir qırıq olmamasını normal qarşılaya bilərik. Qəribə olan isə hər hansı bir qoruyucu ekran jelatini olmasa da Galaxy S9 ekranında tək bir cızığın belə meydana gəlməməsidir.


Bu tamamilə istəksiz olaraq reallaşan bir testdir, burada həm Galaxy S9'un dayanıqlılığı, həm də Gorilla Glass 5 ekran qorumasının nə qədər möhkəm olduğu sübut edilmiş oldu. Google, LG, HTC kimi markalar da son tanıtdığı admiral gəmilərinin ekran qorumasının Gorilla Glass 5-ə əmanət etmiş vəziyyətdədir. Apple isə Gorilla Glass 5 istifadə etməsə də 9to5Mac-ə görə iPhone X-un möhkəm olması üçün Gorilla Glass ilə birlikdə çalışmışdı.




sh