Samsung-dan dizaynıyla diqqət çəkən yeni bir smartfon gəlir: Galaxy S9 Lite

Samsung-dan dizaynıyla diqqət çəkən yeni bir smartfon gəlir: Galaxy S9 Lite

Ağıllı telefon dünyasında ən çox seçilən markalardan olan Samsung, iki ana smartfon ardıcıllığı üçün bir müddətdir sirr vermir. Firmanın bir sonrakı smartfonu olma ehtimalını müzakirə etdiyimiz Note 9 yerinə, Galaxy S9 ailəsinə qardaş olaraq gələcək bir cihazdan söz edilir. SM-G8850 kod adıyla xatırlanan cihaz, firmanın bir sonrakı məhsulu ola bilər.

Teach.az xəbər verir ki, istehsal xəttindən sızdırıldığı bilinən şəkillərdən hərəkətlə, bu yeni cihazın dizayn mövzusunda bəzi variantlar təqdim etdiyi ifadə edilir. Əslində G8850-nin rəsmi bir adı hələ yoxdur, lakin texnologiya mediasında Galaxy S9 Lite olaraq xatırlanmağa başlanıb.



S və Note ardıcıllığından fərqli olaraq Galaxy S9 Lite, ən böyük fərqi cihazın arxasında hiss etdirir. Cüt kamera təchizatı, ortadakı barmaq izi oxuyucusundan ayrılır və eynilə iPhone X-da olduğu kimi sola şaquli şəkildə yerləşir.

Samsungun yeni smartfonunun ekranını, Galaxy S8, Note S8 və S9-da istifadə edilən Infitiy Display ilə birlikdə təqdim etməsi gözlənilir. Ekran ölçüsünün isə 6.3 düym olacağı deyilir. Kiçik dizayn dəyişiklikləri Samsung cəbhəsində hər zaman fərqlilik havası yaratmış və istifadəçilərin marağını çəkməyi bacarıb.

Galaxy S9 Lite haqqında daha ətraflı məlumat üçün bir az səbr etməniz və növbəti ayları gözləməniz lazımdır.

Cihaza dair digər görünüşlər bu şəkildədir:



Fira