Evində sürətli internet istəyənlərə xüsusi modem

Evində sürətli internet istəyənlərə xüsusi modem

Ofislərin yanında artıq evlərdə də daha çox cihazla internetə bağlanıldığından və oyun, film kimi tətbiqlər səbəbiylə daha güclü və sürətli WiFi lazımdır. Bunun yanında ev şəbəkəsinin təhlükəsizliyi də daha əhəmiyyətli hala gəlir.

Teach.az xəbər verir ki, həm quraşdırılması, həm də istifadəsi rahat olan Archer VR300, Parental Control xüsusiyyəti ilə uşaqların internetdə daha etibarlı gəzmələrini təmin edir. Ağıllı telefonlar üzərindən belə tənzimlənən bu xüsusiyyətlə ana-atalar, uşaqların hansı saatlarda internetə çata biləcəyini, gəzə biləcəkləri saytlara qədər maneə törətmələri, tənzimləmələri edə bilirlər.

Ayrıca evə gələn qonaqların şəbəkə şifrəsini istifadə etmədən və şəbəkənin təhlükəsizliyini qoruyaraq WiFi-ya bağlanmasını təmin edən qonaq Şəbəkəsi tətbiqi də Archer VR300-də iştirak edən xüsusiyyətlərdən biridir. Bu tətbiq ilə adı və şifrəsi fərqli bir alt şəbəkə yarada bilir. Beləcə öz şəbəkəmiz və şifrəmiz etibarda qalır.



TP-Link-in yeni modem/router-ı yüksək sürətli və geniş bir WiFi təqdim edir. Həm VDSL həm də ADSL dəstəyi olan məhsul, AC texnologiyası sayəsində cəmdə 1200 Mbps çatan kabelsiz sürətlərə çata bilir. Cüt bant dəstəyi olan məhsul, 2.4GHz bantında 300 Mbps, 5 GHz bantında isə 867 Mbps kabelsiz sürətlərə çata bilir. Ən yeni VDSL2 texnologiyası sayəsində ADSL2 -a nisbətlə WiFi sürətini beş qat artırır. Beləcə 100 Mb / s VDSL geniş bant sürəti dəstəyi təqdim edir.

Üzərində dörd ədəd inkişaf etmiş antena iştirak edən Archer VR300, bu antenalar ilə WiFi siqnallarının evin hər yerinə çatmasını təmin edir. Geniş ev və ofislərdə belə WiFi siqnalları ən uc nöqtəyə qədər çata bilir.

TP-Link-in istifadəsi asan web interfeysi və güclü Tether tətbiqi sayəsində Archer VR300-ün quraşdırılması bir neçə dəqiqədə edilə bilir. Hər hansı bir Android və iOS dəstəkli cihazdan Parental Control, kontrol kimi bütün şəbəkə ayarlar idarə oluna bilir. Tether tətbiqi eyni zamanda avtomatik proqram yenilikləri də edir.

Fira