Apple-dan Androidçiləri hirsləndirəcək iki yeni VİDEO

Apple-dan Androidçiləri hirsləndirəcək iki yeni VİDEO

Apple, Android istifadəçilərini iPhone-a keçid etməyə təşviq edən 'Hayat iPhone ilə daha asan' ardıcıllığına iki yeni video əlavə edib.

Teach.az xəbər verir ki, videolardan ilki App Store-un Play Store-a görə nə qədər etibarlı bir tətbiq mağazası olduğunu göstərərkən, ikincisi isə iPhone 8 Plus və iPhone X-da olan Portret rejimi və Portret işıqlandırması xüsusiyyətlərinin nə qədər 'rəqibsiz' olduğunu izah edir.



Sizin də bildiyiniz kimi Androidin açıq qaynaqlı quruluşu, daim kiber quldurların mobil əməliyyat sistemini hədəf almalarına səbəb olub. Hal belə olunca da Android tətbiqi mağazası olan Play Store, bir çox pis məqsədli proqram daşıyan proqrama qucaq açmışdır.

Apple-ın iPhone 7 Plus ilə birlikdə tanıdmış olduğu Portret rejimi, ağıllı telefon fotoşəkilçiliyini tamamilə dəyişib. Əlbəttə ki, Portret işıqlandırması xüsusiyyəti qüsursuz işləmir. Lakin ən azından bu an üçün rəqibsiz olduğunu söyləmək mümkündür.



Apple, bu ilin əvvəlindən etibarən Android istifadəçilərini iPhone-a keçid etməyə razı etmək mövzusundakı işlərini sürətləndirmiş vəziyyətdədir. Şirkət, bu işlər istiqamətində internetdə və TVdə müxtəlif təqdimat videoları təqdim edərkən, Switch web səhifəsi ilə də Android istifadəçilərinin iPhone-a keçid mövzusunda başlarında yaranan suallara cavab hədəfləyir.

Fira