Facebook Messenger xüsusiyyətləri yenilənir

Facebook Messenger xüsusiyyətləri yenilənir

Facebookun mesajlaşma tətbiqi olan Facebook Messenger xüsusiyyətləri yenilənir.

Teach.az xəbər verir ki, göndərilən bir mesajı danışmanın hər iki tərəfi üçün də silə bilmə xüsusiyyəti isə yeni təqdim olunacaq xüsusiyyətlərin başında gəlir. Cambridge Analytica skandalı ortaya çıxdıqdan sonra Mark Zuckerbergin Messenger gələn qutusundakı mesajlar və insanlara göndərdiyi mesajlar Facebook tərəfindən silinmişdi. İstifadəçilər təbii ki bunu eşitdikdə məmnun olmayıblar. Facebook isə hər kəsin istifadə edə biləcəyi mesaj silmə xüsusiyyətini gətirmək üçün söz verib.



Messengerin iOS tətbiqində çəkilən bir ekran görüntüsü, növbəti həftələrdə milyonlarla Facebook istifadəçisinin ilk dəfə qarşılaşacağı yeni bir pop-up mesajı olduğunu göstərir. Pop-up xəbərdarlığında; "Bu mesajı silsəniz, bu danışmadakı heç kimsə onu görə bilməz. Bu geri alına bilməz. "Şəklində bir ifadə var.

Xüsusiyyətin tam olaraq necə işləyəcəyi və Facebookun bunu nə zaman istifadəyə təqdim ediləcəyi hələ müəyyən deyil, ancaq WhatsApp-dakı mesaj silmə xüsusiyyətindən fərqli olmayacağını düşünürük.

Fira