Köhnə model iPhone-lar iOS 12 alacaqmı?

Köhnə model iPhone-lar iOS 12 alacaqmı?

Apple-ın İyun ayında tanıdacağı iOS 12-ni dəstəkləyəcək cihazlar dəqiqləşməyə başlayıb. Görəsən 2013-cü ildə satışa təqdim edilən iPhone 5s iOS 12 dəstəyi alacaqmı?

Teach.az xəbər verir ki, Apple-ın yeni yazımlarını tanıdacağı WWDC18-ə altı həftəlik bir zaman qalıb. Bir çox istifadəçinin maraqla gözlədiyi iOS 12 ilə əlaqədar istinadlar WebKit üçün inkişaf testi hesabatlarında ortaya çıxıb. Hesabatlara görə Apple-ın bir sonrakı böyük iOS versiyasını dəstəkləyəcək ən köhnə cihaz iPhone 5s ola bilər.

Açıq qaynaq WebKit layihə səhifəsindəki səhv hesabat hissəsində iştirak edən və proqram təminatı üçün API testlərini ələ alan bir hesabatda iOS 12 üzərində çalışan iPhone 5s-dən bəhs edilir. Fransız MactGeneration saytının təsbit etdiyi bu hesabat, iPhone 5s sahiblərinin iOS 12-ni istifadə edə biləcəklərini göstərir.

iOS 12 ilə əlaqədar müxtəlif web saytlarının online qeydləri da istinad təşkil edir. Lakin bu qeydlər 1136 × 640 ekran dəqiqliyinə sahib cihazları göstərir. Cihazın iPhone 5s mi yoxsa iPhone SE mi olduğu başa düşmək mümkün deyil. WebKit qeydlərində iOS 12-ni işlədən iOS simulator sayəsində cihazın iPhone 5s olduğu aydın olur.

İlk 64 bit prosessorlu, barmaq izi skaner ilə tanış olduğumuz telefon olan iPhone 5s, Apple-ın ən çox satan cihazlarından biri olub. iPhone 5s iOS 12 dəstəyi alarsa Apple ilk dəfə bir telefonuna 5 ildən çox dəstək təmin etmiş olacaq. İstifadəçilər cihazlarının yavaşladığından şikayət etsə də şirkət iPhone 4S-ə iOS 9, iPhone 5-ə iOS 10 dəstəyi verərək məhsullarına uzun davamlı bir dəstək təmin etmiş olub.

iOS 12, 4 İyunda tanıdılacaq. Təqdimatın dərhal sonra inkişaf üçün test prosesi başlayacaq. Sentyabr ayında yeni iPhone modellərinin təqdimatından bir müddət sonra cəmiyyətə açıq olaraq təqdim olunacaq.

Fira