Alimlər: İnəklər bir gün dünyaya hökm edə bilər!

Alimlər: İnəklər bir gün dünyaya hökm edə bilər!

Süni intellektlər, robotlar deyə fikirləşərkən, əminik ki bunu heç düşünməmişdiniz. Ancaq elm adamlarının yeni inancına görə, inək bir gün dünyanın hakimlərindən biri ola bilər.
Elm adamlarının etdikləri yeni işlər, doğrusu hamımızı çaşdırdı. Ekspert qrupun etdiyi və Elm Jurnalında nəşr etdiyi yeni araşdırmalara görə iqlim dəyişmələri və müxtəlif səbəblərlə insan irqi tamamilə məhv olsa, dünyanı inəklər idarə edəcək.

Elm fantastika romanından atılmış kimi görünən bu araşdırmanın nəticəsi, bioloq və tədqiqatçılardan ibarət bir qrupun ortaq çalışması nəticəsində əldə edilmişdir. Qrup, insanların dünyadan tamamilə yox olması halında rəhbərliyin inəklərə keçəcəyini nəzərdə tutur. Afrikadan təxminən 12.500 il əvvəl köç edən insanların ən böyük köməkçiləri həmişə inək olmuşdur. O zamandan bu yana bir çox növün nəslinin tükənmiş olduğu görülsə belə inəklər həmişə yanımızdadır. Ətindən, südündən və dərisindən istifadə olunan bu canlılar quruda ən çox olan məməli heyvan olaraq göstərilir.




'Niyə məhz inək? Niyə başqa bir heyvan deyil?' desəniz əgər, səbəbi dünya daxilində sahib olduqları yüksək əhali-nüfuz olaraq açıqlana bilər. Hətta çox vaxt var olduğunu düşündüyümüz pişik və itlər belə inəklərin yanında azlıq olaraq qalır deyə bilərik. Digər bir tərəfdən insan irqinin tamamilə yox olması qeyri-mümkün kimi görülsə də məşhur fizikaçı Stephen Hawkingin qlobal istiləşmə haqqında fikirlərinə görə bu mümkündü. Planetimizdə yalnız 1000 ilimizin qaldığını ifadə edən Hawking, bizləri iqlim problemləri üçün xəbərdar edirdi.

İnəklər bu mövzuda nə düşünür bilinmir ancaq hələlik bizlər üçün bu mövzu bir az qeyri-adi görünür. Bütün bunlardan çıxardacağımız nəticə isə iqlim problemlərinə diqqət yetirməyimiz ola bilər. Əks halda , deyəsən dünyanı inəklər üçün inşa edirik.



sh