32 GBlik iPhone, Dünyanın İlk 512 GB Yaddaşlı iPhone-una çevrildi!

32 GBlik iPhone, Dünyanın İlk 512 GB Yaddaşlı iPhone-una çevrildi!

iPhone 7 Plus'ın saxlama sahəsini 32 GB-dan 512 GB edən Federico Cervo adlı Youtuber, YouTube kanalından necə edildiyini ətraflı göstərdi.

Applenin son illərdə istehsal etdiyi iPhone cihazlarında olan saxlama sahələri genişləməyə başladı. İlk illərdə çıxan cihazlarda 4GB saxlama sahəsi təqdim edən Apple, indiki vaxtda 32-64GB kimi daha rahat istifadə edilə bilinən saxlama sahələri təqdim edir. Şirkət bu saxlama sahələri ilə müştərilərini məmnun etsə də, telefonun üzərinə microSD kart taxılmaması səbəbi ilə bir müddət sonra bu sahələr kifayət olmur.

Bu gün sizlərə bu problemi tamamilə aradan qaldıran bir YouTube videosu göstərəcəyik. 5.4 milyon abunəçiləri ilə Apple istifadəçilərinin yaxından izlədiyi EverythingApplePro adlı YouTube kanalı, 32GB-lıq saxlama sahəsinə sahib bir iPhone 7 Plus-a 512GB-lıq çip taxmağı bacardı.

Bunu etmək üçün Çindən iPad Proya aid 512 GB-lıq yaddaş çipi gətirdən Youtuber Federico Cervo, iPhone 7 Plus-ın içini açıb sistemə inteqrasiya olunmuş çipi çıxartdıqdan sonra, Çindən aldığı iPad Pro çipini quraşdırdı. Bu sayədə iPhone 7 Plus-da 512 GB daxili saxlama sahəsi olmuş oldu.

Daha sürətli nəticələr

Cervo və qrupu, iPhone 7 Plus-a yeni çip taxdıqdan sonra, normal çipli iPhone 7 Plus və iPhone 8 Plus-a qarşı test etdi. 512 GB-lıq yığma sahəsinə sahib cihaz, iki telefondan da daha yüksək bal aldı. Telefonun necə bir performans göstərdiyi və çipin necə quraşdırıldığını göstərən videonu aşağıdan izləyə bilərsiniz.



sh