Qeyri-adi bir hekayə: YouTube-da mahnı oxuduqdan sonra, 40 ildir görmədiyi ailəsinə qovuşan adam!
Hindistanda yaşayan Khomdram Gambhir Singh adlı Hindli adam 26 yaşında evi tərk etmiş və bir daha geri dönməmişdi. 40 ildir ailəsindən xəbərsiz yaşayan Singh, bir küçə sənətkarına söylədiyi mahnı üzərinə ailəsi ilə qovuşdu.
Hindistanın Mumbai şəhərində yaşayan və 66 yaşında olan Khomdram Gambhir Singh, 1978-ci ildə 26 yaşındaykən evdən ayrılmış və bir daha əsla geri dönməmişdi. Daha sonra Hindistanda həyatına davam edən Singh, bir küçə fotoqrafının diqqətini çəkdi. Küçə sənətçisinin kamerasına bir mahnı oxuyan yaşlı adam, yəqin ki, hadisələrin bu yerə gəlcəyini heç düşünməmişdi. Ancaq küçə fotoqrafının videonu YouTube kanalında paylaşması ilə hər şey başladı.
1978-ci ildə Imphal-da yaşayan Khomdram Gambhir Singh, deyilənlərə görə bədbəxt bir evlilik həyatı yaşamış və çarəni evdən ayrılmaqda görmüşdü. Daha sonra Hindistanın Mumbai şəhərinə yerləşən 66 yaşındakı adam, dolanışığını dilənərək və ya günlük ödənişli işlərdə çalışaraq təmin etmişdi. Və bir gün yaşlı adam küçədə bir küçə sənətçisi ilə tanış olaraq ona bir mahnı oxudu. Yaşlı adamı çox bəyənən Shakir adlı sənətçi isə bu videonu YouTube kanalına yüklədi. Video isə qısa zamanda 55.000 adam tərəfindən izlənilərək məşhur oldu.
YouTube kanalında paylaşılan videonu Khomdram Gambhir Singhın qohumları da izləmişdi. Daha sonra Sing, qohumları tərəfindən pis bir halda qatar stansiyasında tapılaraq ailəsi ilə qovuşduruldu. 40 ildən sonra ailəsi ilə görüşən və öz yurdu Imphal-a qayıdan yaşlı adamın həyatı sanki bir YouTube videosu ilə dəyişdi.
sh