Xiaomi Mi 7, bu günə qədər gördüyünüz ən yaxşı iPhone X klonu olacaq!

Xiaomi Mi 7, bu günə qədər gördüyünüz ən yaxşı iPhone X klonu olacaq!

Applenin iPhone X ilə birlikdə gətirdiyi çıxıntılı(kəsik-notch) ekran dizayn Android istehsalçıları üçün yeni bir axın başlatdı. Ancaq iPhone X'daki kəsiyin gətirdiyi Face ID xüsusiyyətini heç bir Andorid istehsalçısı təqlid edə bilmədi. Xiaomi, yeni admiral gəmisi Mi 7 ilə bunu ilk dəfə bacara bilər.
12 Sentyabr 2017-ci ildə təqdim edilən iPhone X, smartfonlar dünyasında yeni bir trend başlatacak bir ekranlı dizayn ilə gəldi. Apple, ekrana notch qoymuşdu lakin o çıxıntının altında TrueDepth adı verilən və 30 min infraqırmızı şüa göndərən sensorlar var idi. Bu sistem face identifikasiya sistemi Face ID üçün nəzərdə tutulmuşdur. iPhone X, beləcə qaranlıq mühitlərdə belə üzünüzü tanıya bilirdi.
Eyni zamanda, TrueDepth ön kamera ilə çəkilmiş fotoşəkillərin keyfiyyətini əhəmiyyətli dərəcədə artırdı. Applenin marka halına gətirdiyi Animoji xüsusiyyəti də TrueDepth sensorlarını istifadə edir. Yenə də o sadə görünən çıxıntının ən diqqətə çarpan xüsusiyyəti təbii ki Face ID oldu.



Bazarda 20-dən çox çıxıntılı ekrana sahib ağıllı telefon var və Android istehsalçıları bu dizayn çox ciddi şəkildə mənimsədilər. Amma heç kim TrueDepth sistemini təqlid edə bilmədi. Lakin Xiaominin İyun ayından sonra tanıtmasını gözlədiyimiz Mi 7 adlı flaqman, bu tendensiyanı pozan ilk cihaz ola bilər.

iPhone X-daki üz tanıma sisteminin saqqal, eynək, şal və ya papaq kimi fərqli şərtlərə baxmayaraq funksional bir şəkildə çalışdığı bilinir. Ancaq bütün klon Android telefonlarında üz tanıma sistemi yoxdur. Digər tərəfdən, Samsungun 2019-da belə bir sistem təqdim edə bilməyəcəyi söylənir. Bu baxımdan, Xiaominin rəqabət baxımından əhəmiyyətli bir üstünlüyə sahib olacağını söyləyə bilərik.

Snapdragon 845 prosessor çipi ilə gəlməsini gözlədiyimiz Mi 7-nin əslində 2018-ci ildə ilk yarısında tanıdılması gözlənilirdi. Ancaq firma oyun telefonu Black Sharkı ilin bu yarısında təqdim etdi. Digər tərəfdən üz tanıma sisteminin eynilə Apple-in iPhone X-da yaşadığı kimi bir istehsal probleminə gətirib çıxardığı danışılır.

Baxaq Xiaomi, Face ID-ni kopiyalaya bilın ilk Android istehsalçısı olaraq gözlədiyi yerə gələ biləcəkmi. Çünki Apple, Samsung və Huawei-dən sonra dünyanın ən böyük 4-cü istehsalçısı olmağı bacardı.



sh