Bir Youtuber, daha çox baxış yığmaq üçün 117 illik mal əti yedi

Bir Youtuber, daha çox baxış yığmaq üçün 117 illik mal əti yedi

YouTube, müzakirəsiz bir şəkildə dünyanın ən böyük video paylaşım platforması və hər gün milyonlarla insanın video yüklədiyi bir platformada özünüzü ön plana çıxarmaq istəyirsinizsə, diqqət çəkici bir şeylər etmək məcburiyyətindəsiniz. Steve1989MREInfo YouTube kanalının sahibi olan Steve də tam olaraq belə edib.

Teach.az xəbər verir ki, Stevenin videosu üçün maraqlı bir fikri var idi; 1902-ci ildə sona çatan II. Boer müharibəsində İngilis əsgərlərinə paylanan Konservlərdə iştirak edən yeməklərin dadına baxmaq. Lakin bunu yeni çıxarılmış yeməklərlə deyil, II. Boer müharibəsindən qalma 117 illik bir konservlərlə reallaşdıracaqdı. Onsuz da kimə 117 illik bir yeməyin dadı maraqlı gəlməzki?



Təxmin edə biləcəyiniz kimi konservlər, əsgərin döyüş şərtlərindəki kalori və karbohidrat ehtiyaclarını aradan qaldırmaq üçün hazırlanıb. Ləzzətli və təzə yeməklər deyil, mümkün qədər pozulmayacaq lakin əsgərlərə lazımi gücü təmin edəcək yeməklər var. İşlənmiş və toz halına gətirilmiş mal əti kimi.

Konservlərin üzərində bir də əsgərin mal ətindən şorba edə biləcəkləri bir resept var idi. Steve bunu da sınayıb, söylədiyinə görə bir də xoş bir dad almayıb. Daha da maraqlısı; bu video Stevenin sınadığı ən köhnə yeməyi göstərmir. Steve daha əvvəl də 1861-1865-ci illər arasında reallaşan Amerikan daxili döyüşündən qalma biskvitləri test edib.

Fira