Apple-in 2018 Model iPhone-lar üçün təyin etdiyi qiymətlər açıqlandı!

Apple-in 2018 Model iPhone-lar üçün təyin etdiyi qiymətlər açıqlandı!

Applenin 2018 model iPhone-lar üçün təyin etdiyi qiymətlər ortaya çıxdı. Görünüşə görə texnologiya nəhəngi yeni ağıllı telefonlar üçün daxil qiymətlərini yuxarı çəkərkən tavan qiymətini sabit tutacaq.
iPhone X ilə dizayn baxımından smartfon sənayesini sarsıtmağa müvəffəq olan Apple, cihazın 1000 $ qiymətinə görə gözlənilən diqqəti görmədilər. Analitiklərin əksəriyyəti deyir ki, Apple eyni səhvini ikinci dəfə təkrarlaya bilməz, bu il daha sərfəli smartfonlar təqdim edə bilər.

Lakin Economic Daily News'in hesabatına görə Apple, 2018 model iPhonelərində qiymətləri həm artıracaq həm də sabit tutacaq. Bir az confusing oldu deyil mi? O zaman belə açıqlayaq; ötən il tanıdılan giriş səviyyə iPhone modeli iPhone 8, 699 dollardan satışa təqdim edilmişdi. Orta səviyyə model olan iPhone 8 Plus 799 dollar, premium model iPhone X isə 999 dollardan istehlakçılar ilə görüşdü.



Bu il tanıdılacaq yeni giriş səviyyə iPhone modeli olan iPhone X SE isə 799 dollardan satışa təqdim ediləcək. Yəni Apple, iPhone-lar üçün giriş səviyyəsini 100 dollar yuxarı çəkmiş olacaq. Bunun xaricində ikinci nəsil iPhone X isə 899 dollardan satışa təqdim ediləcək. Yeni premium iPhone modeli iPhone X Plus isə ötən il olduğu kimi 999 dollardan satışa təqdim ediləcək. Əlbəttə ki, bu qiymətlər cihazların ən az saxlama seçimini təşkil edir.

Apple-in pik qiymətini artırmaması, bəzi Apple pərəstişkarlarını məmnun edə bilər. Lakin çox Apple istifadəçisi premium səviyyəli iPhone modelinə sahib olmaq istəmir və bu səbəbdən 100 dollarlıq qiymət artımının reaksiya alması mümkündür . Əgər bu qiymətlər doğrudursa, deməli Apple bu il də iPhone qiymətləri barədə qumar oynayır.



sh