Artıq hər kəs WhatsApp istifadə edə bilməyəcək

Artıq hər kəs WhatsApp istifadə edə bilməyəcək

Bildiyiniz kimi Facebook-a qeydiyyatdan keçmək üçün ən az 13 yaşında olmanız lazımdır. Çıxan söz-söhbətlərə görə; WhatsApp-ın yaş həddi 13-dən 16-ya çıxacaq. Facebook-a bağlı olan WhatsApp, fərdi məlumatları toplamadığı iddia edilir. Ancaq yaşanan son böhrandan ötəri Avropa ölkələri WhatsApp-a da güvənmir kimi görünür.

Teach.az xəbər verir ki, buna görə ən azından uşaqların məlumatlarının qorunması üçün yaş həddi 16-ya yüksəldiləcək. 25 May tarixində məlumatların qorunması qanunu daxilində ediləcək olan bu dəyişiklik ilə 16 yaşından kiçiklər WhatsApp istifadə edə bilməyəcək.

Avropa ölkələrindən sonra Amerikanın da tətbiq edəcəyi yeni yaş həddi siyasətinin, WhatsApp istifadəçi sayının azalmasına səbəb ola bilər.

Ancaq 16 yaşına gəlməyən uşaq, saxta doğum tarixi ilə yenə platformalara üzv ola bilir. Bu nöqtədə isə məsuliyyət daşıyan əvvəl ailə sonra uşaq olacaq. Baxaq alınacaq bu qərar WhatsApp-a necə təsir edəcək?

Fira