Coca-Colanın yeni məhsulu; Frozen

Coca-Colanın yeni məhsulu; Frozen

Coca Cola, bu günə qədər ondan görməyə alışmadığımız bir içki tərziylə birlikdə Yaponiyaya xüsusi məhsullar çıxartdı. Firmanın qablaşdırma tərzi və məzmunu səbəbindəm isti yay aylarında Yapon dostlarımıza paxıllıq edə bilərik.
Düzdür, cola və törəməsi olan qazlı içkilər sağlamlığa bir çox baxımdan zərərli və həddindən artıq miqdarda istifadəsi əhəmiyyətli problemlərə yol aça bilir. Ancaq balanslı istifadə edildiyi müddətcə sərinlədici olaraq ən sevdiyimiz içkidir.

Coca Cola, dünyanın ən ucqar künclərinə belə çatan geniş marka şəbəkəsinə sahib bir firmadır. Dünyanın fərqli yerlərində sınadığı saysız yeni məhsul tərzi var. Məsələn Latın Amerika ölkələrində satılan limonlu və vanilli kola. Firmanın Yaponiya bazarına xüsusi olaraq çıxardığı üzümlü və portağallı Fanta ilə limonlu kola paketləri, görünür ki, olduqca rəğbət görəcəkdir.

9GAG-ın verdiyi detallara görə məhsulların satış qiyməti 1.21 dollar olacaq:



Açığı kolalı dondurma kimi qidaların çox istehlak edildiyi yaz aylarında qazlı içkilərin çoxunu yalnız buzlu olaraq istehlak etmək məcburiyyətindəyik. Heç bir firma rəsmi olaraq dondurulmuş məhsullar təklif etmir. Coca-Colanın bu addımı bu səbəbdən çox məşhur ola bilər. Şirkət, böyük ehtimalla içki sektoru baxımından nümunə alınacaq bir addım da atmış olacaq.



Digər tərəfdən, Coca Cola Yaponiyada spirtli içkilərin satılması üçün məhsul test etdiyini də təsdiqlədi. Hətta firmanın yaxın zamanda istehlakçı təcrübəsinə bağlı işlərə da başlayacağı deyilir.

Coca-Cola və Fanta etiketli bu yeni içkilər haqqında nə düşünürsünüz?



sh