WhatsApp bilinməyən nömrə dərdinə çarə tapdı!

WhatsApp bilinməyən nömrə dərdinə çarə tapdı!

Test prosesindən uğurla keçdikdən sonra, WhatsApp istifadəçiləri onlara mesaj göndərən və qeydiyyata alınmayan insanların şəxsi məlumatlarına birbaşa daxil ola biləcəklər.
Bildiyiniz kimi, zəng edən nömrələrinin kimə məxsus olduğunu və ya sizin və ya siyahınızdakı birinin başqa telefonlarda necə qeyd olunduğunu göstərən bir proqram (GetContact) geniş yayılmışdı və sonra təhlükəsizlik səbəbiylə blokirovka edilmişdir.

WhatsApp da qismən buna yaxın olaraq vCard adı verilən bir sistem sayəsində sizə mesaj atan insanların qeydə alınmış şəxsi məlumatlarını birbaşa sizə təqdim edəcək. Qısaca, artıq qarşınızdakı adamın kim olduğunu öyrənmək üçün nömrəsini kontakta qeydə almağa ehtiyac qalmayacaq.

Bu yenilik hazırda Android beta kanalında testə alınmışdır. Bu yemi xüsusiyyətin tam olaraq nə zaman əsl istifadəçilərə təqdim ediləcəyi barədə hələ dəqiq bir tarix yoxdur. Ancaq müvəffəqiyyətli olma və istifadəyə təqdim edilmə ehtimalı olduqca yüksəkdir. Aşağıda kiçik bir nümunə ilə yeni inkişaf etdirilən xüsusiyyətin tətbiq içində necə görünəcəyinə baxa bilərsiniz.




sh