WhatsApp-dan yenilik; artıq silinmiş şəkilləri bərpa edə biləcəksiniz!

WhatsApp-dan yenilik; artıq silinmiş şəkilləri bərpa edə biləcəksiniz!

WhatsApp Android üçün bir neçə kiçik yenilik etdi. Bir neçə gün əvvəl etdiyi aktuallaşdırmalarla, WhatsApp silinmiş mediaları öz serverlərindən geri gətirməyinizə imkan verir.
WhatsApp, gələcək günlərdə, qəsdən ya da istəmədən sildiyimiz mediaları bərpa etmə imkanı təmin edəcək. Bu vəziyyət də WhatsApp-ın sildiyimiz faylları və mesajları saxladığını göstərir. Sizcə son Facebook hadisələrindən sonra belə bir yenilik WhatsApp-ın əleyhinə ola bilər?

Bu xüsusiyyət əvvəllər qismən mövcud idi: yüklənməyən media 30 gün ərzində fayllarda qalırdı və alıcı medianı endirdikdə, WhatsApp onu serverdən silirdi. Son aktuallaşdırmalarla, WhatsApp bu xüsusiyyəti dəyişdirdi: Bir media yükləndikdə, WhatsApp onu serverdən silmək yerinə, istifadəçilərin fayllarını WhatsApp tətbiqində saxlayır.



Son xüsusiyyətlərə görə, tətbiqin 2 ay əvvəl gələn 2.18.113 versiyasında, səhv olmasına baxmayaraq proqramdakı şəkilləri və videoları müvəffəqiyyətlə yükləyə bilirdik. Ancaq çox köhnə mediaları məsələn, Avqust 2017-də göndərilən şəkilləri yükləməmiz mümkün görünmür.

Yalnız fayllarınız SDCard-ınızdaki WhatsApp-dan silinmişsə əgər və o tip faylda ismarıclarınız qalırsa, təkrar yükləyə bilərsiniz. WhatsApp onları serverdən silməzsə, media faylları da şifrələnməyə davam edər və bu səbəbdən bu tip bir hal, narahatlıq verici bir vəziyyət halına gələ bilər.

Bu xüsusiyyət xoşunuza gəlirmi? Bu cür vəziyyət WhatsApp-a olan inamınızı sarsıda bilərmi?



sh