Elm insanlarından şok açıqlama: Bədəninizin yarısı insan deyil

Elm insanlarından şok açıqlama: Bədəninizin yarısı insan deyil

Sizcə bədəninizin nə qədəri insan hüceyrələrindən ibarətdir? Ehtimalla dərhal hər kəs hamısına yaxınının insan hüceyrələrindən meydana gəldiyini düşünəcək. Lakin elm insanlarına görə bu qətiliklə səhv bir fikirdir. Bədənimizin yalnız 43 faizi insan hüceyrələrindən ibarətdir. O halda qalanları nədən meydana gəlir? Mikroskopik canlılardan.

Teach.az xəbər verir ki, '' Bədəniniz əsla yalnız sizdən meydana gəlmir '' deyən Max Planck İnstitutunda mikrobiologiya şöbəsi müdiri olan Prof. Ruth Ley-ə görə nə qədər yaxşı yuyunursanız yuyunun, bədəninizin az qala hər tərəfi bakteriya və mikroblarla örtülmüş vəziyyətdədir. Lakin Ley, bu mikrobioloji canlıların sağlamlığımız üçün əhəmiyyətli olduğunu söyləyib.



BBC-yə danışan Kaliforniya San Diego Universitetindən Prof. Rob Knight isə '' Bir insandan çox bir mikrobsunuz. '' deyərək mövzuya tam fərqli bir ölçü qazandırır. Başlanğıcda təxminlərinin bədənimizin 10 faizinin mikrobioloji həyatdan meydana gəldiyi istiqamətində olduğunu söyləyən Prof. Knight, araşdırmalarından sonra acı gerçəyin ortaya çıxdığını ifadə edib.



Lakin elm insanlarına görə bu vəziyyət, bir dezavantajdan çox üstünlük təşkil edir. Mikroskopik canlıların insan bədənini genetik olaraq çox daha güclü hala gətirdiyini söyləyən elm insanları, insan genomunun 20 min gendən əmələ gəldiyini, bədənimizi meydana gətirən mikrobioloji həyatın da 20 milyon mikrobik genlə bu genoma qatqı təmin etdiyini söyləyir.

Elm insanlarına görə bədənimizi meydana gətirən mikroblar, həzmə immunitetə ​​qədər bir çox 'sahədə' bədənimizə kömək edirlər. Elə ki; yoluxucu xəstəliklərin müalicəsi zamanı zərər verdiyimiz 'yaxşı xasiyyətli' mikroblar səbəbi ilə son dövrdə otoimmün xəstəliklər və allergiya ciddi artımlar görülməyə başlanıb.

Fira