Qırmızı iPhone 8 və iPhone 8 Plus tanıdıldı

Qırmızı iPhone 8 və iPhone 8 Plus tanıdıldı

Apple, AIDS ilə mübarizə çərçivəsində çıxardığı Product Red məhsulları ilə diqqət çəkməyi hər dövr bacarıb. Apple, qırmızı iPhone 7-dən sonra indi də qırmızı iPhone 8 ilə qarşımıza çıxıb. Qırmızı iPhone 8 və iPhone 8 Plus digər modellərə görə əlavə bir xüsusiyyətə sahib olacaqmı?

Teach.az xəbər verir ki, Special Edition olaraq eşidilən qırmızı rəngdəki iPhone 8 və iPhone 8 Plus modellərin standart modellərdən rəng xaricində hər hansı bir fərqliliyi yoxdur. 10 Apreldə yəni sabah bütün dünyada ön sifariş təqdim ediləcək olan modellər, 64 GB və 256 GB versiyalarına sahib olacaq.

Cupertinolu nəhəng, telefonun ön hissəsində nəhayət ağ yerinə daha qəşəng duran qara rənginə yer verib. Ayrıca iPhone 8-in arxa səthinin şüşə olması, qırmızı rəng variantının daha diqqətə çarpan və parlaq görünməsini təmin edib.

Fira