Qüsursuz selfie çəkimləriniz üçün ən yaxşı 5 proqram (Android & iOS)

Qüsursuz selfie çəkimləriniz üçün ən yaxşı 5 proqram (Android & iOS)

Çox zaman telefonumuzun öz kamerası 'qüsursuz' selfie etmək üçün qeyri-kafi ola bilir. Buna görə də Playstore ya da Apple Store-da yeni tətbiq axtarışı içinə giririk.
Telefonumuzda öz şəklimizi çəkərkən çoxluqla problem yaşayırıq. "Burnum böyük görünür?", , "Üzüm kartof kimi görünür" kimi düşüncələrə (özünüzlə həddindən artıq barışıq bir insan deyilsinizsə) əminik ki sizlər də qapılmısınız.
Bu problemlərə çarə olaraq dövrəyə selfie proqramları girir. Sizləri qüsursuz göstərən bir neçə telefon selfie tətbiqini sizlər üçün yığdıq:

Sweet Selfie (Android)

PlayStore'daki ən yaxşı selfie tətbiqlərindən biri olan Sweet Selfie, bir selfie kamerasına olan bütün gözləntilərinizi qarşılayır. App içərisindəki 'avtomatik düzəltmə', şəkildəki ləkələri və retro rejimləri ilə şəkillərinizi istədiyiniz formada düzəldə bilərsiniz.

Sweet Selfie -Yüklə

Candy Camera (Android)


Google PlayStore'daki ən yüksək ballı tətbiqlərdən biri olan Candy Camera'da 100 filtrdən çox filtr mövcuddur. Bundan əlavə fotoşəkillərinizə sticker qoya bilər və şəkillərinizi kollajlaya bilərsiniz. Təcrübədə eyni zamanda filtrlərdən istifadə edərək görüntülü danışmaq xüsusiyyəti də mövcuddur. Uzaq məsafə əlaqəsinə yeni başlayanlar üçün çox yaxşı bir tətbiqdir.

Candy Camera -Yüklə


B612 (Android)


15000'den çox stickeri olan B612 də selfie üçün əvəzsiz bir kamera tətbiqidir. Özünüzü daha yaxşı görmək istədiyiniz günlər, real vaxt kamera filtrini istifadə edə bilər və özünüzü çox daha qüsursuz görə bilərsiniz. B612 proqramından istifadə edərək filtrli video çəkə də bilərsiniz.

B612-Yüklə


Perfect365 (iOS & Android)


Kamera və istifadə edəcəyiniz filtrelerle özünüzü ola bildiyincə qüsursuz göstərmək istəyirsinizsə 'Perfect365' sizin üçün biçilmiş bir xalat olma xüsusiyyəti daşıyır. Tətbiqlə özünüzə makiyaj və paltarlar əlavə edə bilərsiniz. Ümumilikdə qadın istifadəçilərə müraciət edən bu proqram 20-dən çox makiyaj və 200-dən çox əvvəlcədən təyin edilmiş foto üsluba malikdir.

Perfect365- Yüklə (İOS)

Perfect365- Yüklə (Android)



Cymera (iOS & Android)


Cymera, nizamlı interfeysi, istifadəçi interfeysi sayəsində iPhone'larınızda rahatca istifadə edə biləcəyiniz bir tətbiqdir. Tətbiqdə 130 fərqli filtr, müxtəlif kamera linzaları və səssiz rejim mövcuddur. Cymera'da davamlı yenilənən stickerlar və heyvan maskalarını da tapa bilərsiniz.

Cymera Yüklə (İOS)

Cymera Yüklə (Android)

Sizlər üçün yığdığımız tətbiqlər bunlardır. Ümid edirik ki tətbiqləri bəyənərsiniz. Sizin də bildiyiniz başqa tətbiqlər varsa, şərhlərdə bizlərlə paylaşa bilərsiniz.


sh