Saxta WhatsApp proqramına DİQQƏT

Saxta WhatsApp proqramına DİQQƏT

Android istifadəçilərini çox yaxından maraqlandıran bir xəbər gündəmə bomba kimi düşüb.

Teach.az xəbər verir ki, son günlərdə yaşanan məlumatların skandalı hadisələri indi də WhatsApp-a sıçrayıb. Saxta WhatsApp tətbiqi sizlərə əlavə xüsusiyyətlər təqdim edir kimi görünür. Ancaq işin əsli edilən təhlükəsizlik araşdırmaları ilə ortaya çıxıb. WhatsApp Plus adını daşıyan bu saxta proqram; WhatsApp fəaliyyətini gizləmə və digər şəxslərin fəaliyyətlərinə çatma kimi sözdə xüsusiyyətlər təqdim edir. Ancaq tətbiqi endirən istifadəçilər birbaşa olaraq Ərəbcə web saytına istiqamətləndirilir. Android / PUP.Riskware.Wtaspin.GB kod adlı proqram bu nöqtədə dövrəyə girir və Android telefonunuza sızır.



Android / PUP.Riskware.Wtaspin.GB proqram telefonunuza sızdıqdan sonra; rəhbər, qalereya, mesajlar və bütün şəxsi məlumatları 3. kəslərə göndərir. Play Store-rəsmi olaraq təqdim olunmayan virus dolu WhatsApp tətbiqi yalnız APK. olaraq yüklənə bilir. Yaxşı, bu tip viruslu tətbiqlərdən necə qorunacaqsınız?

Google, Androidin təhlükəsizliyi artırmaq adına ötən illərdə Google Play Protect adını verdiyi sistemi dövrəyə salmışdı. Google Play Protect ilə Play Store və cihaza yüklü olan tətbiqlər avtomatik olaraq virus yoxlamasından keçirilir. Sizə tövsiyəmiz telefonunuza Play Store xaricində tətbiq yükləməməyi diqqət göstərməniz istiqamətindədir.

Fira